Bu gün AİP lideri Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımovun ''Hacı Mövsüm 100 minlik imzaya dəstək verdi'' mövzusunda xəbər yayılıb
well/Aran agentliyi
Bu gün AİP lideri Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımovun "Hacı Mövsüm 100 minlik imzaya dəstək verdi" mövzusunda xəbər yayılıb.
İslamazeri.az internet qəzeti vəkilə müraciət edərək Hacı Mövsümün bir müddət əvvəl səsləndirdiyi fikirinin dəyişib dəyişməməsilə bağlı münasibət öyrənib.
Vəkil bu barədə deyib:
"Mən onlara başqa aksiya ilə bağlı demişəm, onlar isə başqa aksiya ilə bağlı yazıblar. Hacı Mövsüm deyibki, "ümumiyyətlə 100 minlik hicab aksiyası ilə bağlı konkret fikir bildirməmişəm, ümumilikdə isə fikirim budur ki, "xahiş" yox, "tələb" olmalıdır. Kim hansı formada mübarizə aparırsa, qoy aparsın, bizim isə mövqeyimiz bundan ibarətdir ki, hicabla bağlı tələblər olmalıdır".
Vəkil daha sonra deyib: "Mən onlara başqa kampaniya ilə bağlı demişəm, yanlışlıq olub".
Müxbirimizin "Hacı Mövsüm hansı aksiyaya dəstək verib?" sualına isə vəkil belə cavab verib:
"DEVAMM ki, indi Hacı Mövsümün müdafiə kampaniyası qurur (yəhudilərlə bağlı), Hacı Mövsüm bu kampaniya ilə bağlı dəstək yox, öz təşəkkürünü bildirib. Dəstək deyəndə ki, bu insanlara minnətdarlığını bildirib".
Qeyd edək ki, bu cür yanlışlıqlar əvvəl də, müşahidə olunub.
AİP-in təşkilat sədrinin müavini İnqilab Əhədli, həmçinin ilahiyyatçı-alim, Maştağa qəsəbə sakini Hacı Elxan Gülməmmədovun da bu cür fikirləri dərc edilmiş və sonradan həmin şəxslərin öz etirazlarından sonra onların adından verilmiş yazılar saytdan yığışdırılmışdır