Ermənistan müxalifəti ''böhrandan yeganə çıxış yolunu'' növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsində görür
well/Aran agentliyi
Ermənistan müxalifəti "böhrandan yeganə çıxış yolunu" növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsində görür.
Bu haqda İslamazeri.az internet qəzeti BBC-yə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, payızadək Ermənsitanda hökm sürən siyasi böhranda dönüş yaranmalıdır, bu barədə müxalifətin çərşənbə axşamı Yerevanda keçirilən mitinqində müxalif Erməni Milli Konqresin (EMK) lideri, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bəyan edib.
Ermənistan müxalifəti "böhrandan yeganə çıxış yolunu" növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsində görür.
Levon Ter-Petrosyan xəbərdar edib ki, EMK hakimiyyəti növbədənkənar seçkilər keçirməyə məcbur etmək üçün payızda "xalqın birliyini təmin etməyə" hazirdir.
Ter-Petrosyan hal hazırda EMK və hakim koalisiya nümayəndələri arasında davam etməkdə olan müzakirənin mahiyyətindən danışıb.
“Bu dialoqdan hələlik nə iqtidar, nə EMK, nə də xalq heç nə udmayıb. Lakin ölkəmiz, dövlətimiz udub: Ermənistanın, sivil bir ölkə, sivil bir dövlət kimi, misilsiz miqyasda beynəlxalq nüfuzu artıb".
O, bu dialoqun həm də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın mövqelərinin möhkəmlənməsinə xidmət etdiyinə inanır. "Bizim üç il iqtidara başa salmaq istədiyimiz də elə bu olub. Və onların anlamaması səbəbindəndir ki, Qarabağ münaqişəsinin tənzimlənməsi bugünkü acınacaqlı vəziyyətdədir”.
Ter-Petrosyanın sözlərinə görə, iqtidarla danışıqlara başlayarkən, müxalifət sosial, siyasi və iqtisadi problemlərin həllinə dair təkliflər irəli sürsə də, iqtidardan belə təklif gəlməyib. "Bu isə o deməkdir ki, ya hakimiyyət sözügedən problemləri həll etmək niyyətində deyil, ya da həll etməyə gabil deyil".
Müxalifət lideri ölkənin əsas və həlli mühüm problemləri arasında iqtisadiyyatın sağlamlaşdırılmasını, ölkədən mühacirət axınının dayandırılmasını, korrupsiyanın ləğvini qeyd edib.
O, "alternativ olmayan halda", yeganə çıxış yolunu növbədənkənar seçkilər və leqitim hakimiyyətin formalaşdırılmasında görür