“Bu ittiham bir daha onu göstərdi ki, Azərbaycanda həqiqətən düşünülmüş şəkildə İslam xofu yaratmaq siyasəti yürüdülür
well/Aran agentliyi
Deyerler.org AİP sədri Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımov açıqlama verərək bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı Qubada yəhudiləri öldürməyi planlaşdırmaqla bağlı ittiham da irəli sürülümüşdür.Bununla bağlı DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bəyanatla çıxış edərək, sözügedən ittihamı absurd kimi qiymətləndirmiş və ölkə ictimaiyyətini bununla bağlı mövqe sərgiləməyə çağırmışdır.
Mövzu ilə bağlı “Azərbaycan Ziyalılar Təşkilatı”nın sədri Eldəniz Quliyev Deyerler.org-a münasibətini belə açıqlamışdır: “Bu ittiham bir daha onu göstərdi ki, Azərbaycanda həqiqətən düşünülmüş şəkildə İslam xofu yaratmaq siyasəti yürüdülür. Mən sizin qeyd etdiyiniz ittihamı yalan adlandırmıram, çünki yalan müəyyən çərçivələr səviyyəsində olur. Bu, başdan-ayağa riyakar bir ittihamdır. Çünki sionizmin ən qatı düşməni olanlar da heç zaman yəhudi millətinə qarşı pis söz deməyiblər. Şəxsən Hacı Mövsüm dəfələrlə qeyd edib ki, bizim heç zaman heç fikrimizdən də keçməyib ki, yəhudi millətini bir etnos kimi qınıyaq və yaxud pisləyək. Çünki yəhudi millətinin günahı deyil ki, bəzi dairələr, bəzi siyasi elita dövlət quruluşuna sionizm ideologiyasını transfer edib. Sadə yəhudini heç kim qınamayıb. İlk növbədə Hacı Mövsüm özü belə fikirlərə müxalif olub. Narkotiklə mübarizə aparan adamı narkotiklə tutmaq, yəhudi millətini bir millət kimi hörmətlə qəbul edib, amma sionizmi tənqid edən bir adama yəhudiləri öldürmək niyyətində olan bir adam kimi bir ittiham irəli sürmək, hətta absurd da deyil, bu, absurddan da o yana olan bir şeydir”.