Azərbaycan Sovet İttifaqının tərkibindən çıxdıqdan və qərb şirkətləri ilə neft sazişləri bağlamağa başladıqdan sonra digər enerji resursunun ...
well/Aran agentliyi
Azərbaycan Sovet İttifaqının tərkibindən çıxdıqdan və qərb şirkətləri ilə neft sazişləri bağlamağa başladıqdan sonra digər enerji resursunun – təbii qazın istifadəsinə dair mühüm qərarlarla qarşılaşmalı oldu. The Wall Street Journal belə yazır. “Nəhəng Nabucco qaz kəmərinin taleyi – Avropanın təbii qaz bazarı üzərində Rusiyanın nəzarətinin zəiflədilməsi üzrə Avropa İttifaqının strategiyasında mühüm məqam – həmin qərarlardan asılıdır”, - məqalənin müəllifi Alessandro Torello qeyd edir. “Lakin bəzi məqamlar Nabucco üçün yaxşı heç nə vəd etmir, baxmayaraq ki, o, öz rəqiblərindən üç dəfə böyükdür və qazın Avstriyaya kimi nəqli üçün nəzərdə tutulub”, - müəllif yazır. İlin sonunadək Azərbaycan iri “Şahdəniz II" yatağından uzunmüddətli alıcıları seçməlidir. Xəzər dənizində yerləşən yatağın ehtiyatları trilyon kubmetri ötür. “Biz sazişə qoşulmaq istəmirik, bu saziş üzrə bizə lazım olmayan gücə görə pul ödəmək lazımdır”, - SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov The Wall Street Journal-a müsahibəsində deyib. “Şahdəniz”in operatoru BP şirkəti də eyni mövqeni bölüşüb. Nəsirovun sözlərinə görə, SOCAR daha ciddi boru kəmərinə üstünlük verir ki, sonra bunun genişləndirilməsi mümkün olsun. O əlavə edib ki, dövlət şirkəti tarif və digər qərarlara təsir göstərmək üçün boru kəmərinin səhmdarlarının tərkibinə daxil olmaq imkanlarını nəzərdən keçirir. Bu, Nabucco-nun Türkiyə-Yunanıstan-İtaliya-İnterkonnektor (ITGI) və Transadriatik qaz kəməri (TAP) kimi rəqiblərinin xeyrinə ola bilər. (TAP). –0--Azərbaycan Sovet İttifaqının tərkibindən çıxdıqdan və qərb şirkətləri ilə neft sazişləri bağlamağa başladıqdan sonra digər enerji resursunun – təbii qazın istifadəsinə dair mühüm qərarlarla qarşılaşmalı oldu. The Wall Street Journal belə yazır.
“Nəhəng Nabucco qaz kəmərinin taleyi – Avropanın təbii qaz bazarı üzərində Rusiyanın nəzarətinin zəiflədilməsi üzrə Avropa İttifaqının strategiyasında mühüm məqam – həmin qərarlardan asılıdır”, - məqalənin müəllifi Alessandro Torello qeyd edir.
“Lakin bəzi məqamlar Nabucco üçün yaxşı heç nə vəd etmir, baxmayaraq ki, o, öz rəqiblərindən üç dəfə böyükdür və qazın Avstriyaya kimi nəqli üçün nəzərdə tutulub”, - müəllif yazır.
İlin sonunadək Azərbaycan iri “Şahdəniz II" yatağından uzunmüddətli alıcıları seçməlidir. Xəzər dənizində yerləşən yatağın ehtiyatları trilyon kubmetri ötür.
“Biz sazişə qoşulmaq istəmirik, bu saziş üzrə bizə lazım olmayan gücə görə pul ödəmək lazımdır”, - SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov The Wall Street Journal-a müsahibəsində deyib. “Şahdəniz”in operatoru BP şirkəti də eyni mövqeni bölüşüb.
Nəsirovun sözlərinə görə, SOCAR daha ciddi boru kəmərinə üstünlük verir ki, sonra bunun genişləndirilməsi mümkün olsun. O əlavə edib ki, dövlət şirkəti tarif və digər qərarlara təsir göstərmək üçün boru kəmərinin səhmdarlarının tərkibinə daxil olmaq imkanlarını nəzərdən keçirir. Bu, Nabucco-nun Türkiyə-Yunanıstan-İtaliya-İnterkonnektor (ITGI) və Transadriatik qaz kəməri (TAP) kimi rəqiblərinin xeyrinə ola bilər. (TAP). (Turan)