Tarix : 2011 Aug 04
Kod 24510

The Wall Street Journal: Nabucco boru kəmərinin taleyi Azərbaycandan asılıdır

Azərbaycan Sovet İttifaqının tərkibindən çıxdıqdan və qərb şirkətləri ilə neft sazişləri bağlamağa başladıqdan sonra digər enerji resursunun ...
well/Aran agentliyi

Azərbaycan Sovet İttifaqının tərkibindən çıxdıqdan və qərb şirkətləri ilə neft sazişləri bağlamağa başladıqdan  sonra digər enerji resursunun – təbii qazın istifadəsinə dair mühüm qərarlarla qarşılaşmalı oldu. The Wall Street Journal belə yazır.  “Nəhəng  Nabucco qaz kəmərinin taleyi – Avropanın təbii qaz bazarı üzərində Rusiyanın nəzarətinin zəiflədilməsi üzrə Avropa İttifaqının strategiyasında mühüm  məqam – həmin qərarlardan asılıdır”, - məqalənin müəllifi Alessandro Torello qeyd edir.   “Lakin  bəzi məqamlar Nabucco üçün  yaxşı heç nə vəd etmir, baxmayaraq ki, o, öz rəqiblərindən üç dəfə böyükdür  və qazın Avstriyaya kimi nəqli üçün nəzərdə tutulub”, - müəllif yazır.  İlin  sonunadək Azərbaycan iri “Şahdəniz  II" yatağından uzunmüddətli alıcıları  seçməlidir. Xəzər dənizində yerləşən  yatağın ehtiyatları trilyon kubmetri ötür.  “Biz  sazişə qoşulmaq istəmirik, bu  saziş üzrə bizə lazım olmayan  gücə görə pul ödəmək lazımdır”, - SOCAR-ın vitse-prezidenti Elşad  Nəsirov The Wall Street Journal-a  müsahibəsində deyib. “Şahdəniz”in  operatoru BP şirkəti də eyni mövqeni bölüşüb.  Nəsirovun  sözlərinə görə, SOCAR daha ciddi  boru kəmərinə üstünlük verir  ki, sonra bunun genişləndirilməsi  mümkün olsun. O əlavə edib  ki, dövlət şirkəti tarif və  digər qərarlara təsir göstərmək  üçün  boru kəmərinin səhmdarlarının tərkibinə daxil olmaq imkanlarını nəzərdən keçirir. Bu, Nabucco-nun Türkiyə-Yunanıstan-İtaliya-İnterkonnektor (ITGI) və Transadriatik qaz kəməri (TAP) kimi rəqiblərinin xeyrinə ola bilər. (TAP). –0--Azərbaycan Sovet İttifaqının tərkibindən çıxdıqdan və qərb şirkətləri ilə neft sazişləri bağlamağa başladıqdan  sonra digər enerji resursunun – təbii qazın istifadəsinə dair mühüm qərarlarla qarşılaşmalı oldu. The Wall Street Journal belə yazır.

  “Nəhəng  Nabucco qaz kəmərinin taleyi – Avropanın təbii qaz bazarı üzərində Rusiyanın nəzarətinin zəiflədilməsi üzrə Avropa İttifaqının strategiyasında mühüm  məqam – həmin qərarlardan asılıdır”, - məqalənin müəllifi Alessandro Torello qeyd edir.

   “Lakin  bəzi məqamlar Nabucco üçün  yaxşı heç nə vəd etmir, baxmayaraq ki, o, öz rəqiblərindən üç dəfə böyükdür  və qazın Avstriyaya kimi nəqli üçün nəzərdə tutulub”, - müəllif yazır.

  İlin  sonunadək Azərbaycan iri “Şahdəniz  II" yatağından uzunmüddətli alıcıları  seçməlidir. Xəzər dənizində yerləşən  yatağın ehtiyatları trilyon kubmetri ötür.

  “Biz  sazişə qoşulmaq istəmirik, bu  saziş üzrə bizə lazım olmayan  gücə görə pul ödəmək lazımdır”, - SOCAR-ın vitse-prezidenti Elşad  Nəsirov The Wall Street Journal-a  müsahibəsində deyib. “Şahdəniz”in  operatoru BP şirkəti də eyni mövqeni bölüşüb.

  Nəsirovun  sözlərinə görə, SOCAR daha ciddi  boru kəmərinə üstünlük verir  ki, sonra bunun genişləndirilməsi  mümkün olsun. O əlavə edib  ki, dövlət şirkəti tarif və  digər qərarlara təsir göstərmək  üçün  boru kəmərinin səhmdarlarının tərkibinə daxil olmaq imkanlarını nəzərdən keçirir. Bu, Nabucco-nun Türkiyə-Yunanıstan-İtaliya-İnterkonnektor (ITGI) və Transadriatik qaz kəməri (TAP) kimi rəqiblərinin xeyrinə ola bilər. (TAP). (Turan)

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 04