g/Aran xəbər agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
Bu gecə Şəki şəhərində silahlı basqın olub. Basqın rayonun Bolludərə kənd sakini Füzuli Allməmmədovun evinə edilib. Bu barədə ANS-ə məlumatı ev sahibinin qardaşı verib. Hadisə gecə saat 03:00 radələrində baş verib. Basqınçıların 6 nəfər olduqları bildirilir.Basqın zamanı evdə Füzuli Alməmmədov və onun həyat yoldaşı Ofelya Alməmmədova ilə yanaşı onların 2 övladıda olub. Hadisə zamanı naməlum şəxslər ev sahiblərini döyərək, 5000 manat pul və qızıl əşyaları aparıblar.
Yaralılar Şəki Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Xəstəxananın cərrahiyyə şöbəsindən ANS-ə verilən məlumata görə, Füzuli və Ofeliya Alməmmədovalar kəllə-beyin travmaları alıblar.Hadisə yerində araşdırma aparan müstəntiq Müşfiq Qasımov da ANS-ə faktı təsdiq edib