Tarix : 2011 Aug 06
Kod 24543

Azərbaycanın xarici borcunun həcmi açıqlanıb

Bu göstərici təxminən ÜDM-in 0,7%-i qədər yüksəlib
g/Aran xəbər agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

 

İslamazeri.az internet qəzetinin BBM-ə istinadən verdiyi xəbərə görə, Maliyyə Nazirliyi xarici borcun statisikasını yeniləyib.

Nazirlikdən verilən məlumatda 2011-ci ilin iyulun 1-ə olan məlumata görə, Azərbaycanın dövlət tərəfindən təmin edilmiş xarici borcunun 4,513 milyard olduğu bildirilir.

Bu isə ölkənin ÜDM-nin 8,1%-nə bərabərdir.

Cari ilin yanvarın 1-ə olan vəziyyətə görə, ölkənin xarici borcu 3,857 milyard dollar və ya ÜDM-in 7,42%-i səviyyəsində qiymətləndirilmişdi.
Beləliklə, 2011-ci ilin birinci yarısı ərzində bu göstərici 655,3 milyon dollar və ya ÜDM-in 0,68%-i qədər artıb

 

  • Yazılıb
  • da (də) 2011 Aug 06