g/Aran xəbər agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
İslamazeri.az internet qəzetinin BBM-ə istinadən verdiyi xəbərə görə, Maliyyə Nazirliyi xarici borcun statisikasını yeniləyib.
Nazirlikdən verilən məlumatda 2011-ci ilin iyulun 1-ə olan məlumata görə, Azərbaycanın dövlət tərəfindən təmin edilmiş xarici borcunun 4,513 milyard olduğu bildirilir.
Bu isə ölkənin ÜDM-nin 8,1%-nə bərabərdir.
Cari ilin yanvarın 1-ə olan vəziyyətə görə, ölkənin xarici borcu 3,857 milyard dollar və ya ÜDM-in 7,42%-i səviyyəsində qiymətləndirilmişdi.
Beləliklə, 2011-ci ilin birinci yarısı ərzində bu göstərici 655,3 milyon dollar və ya ÜDM-in 0,68%-i qədər artıb