Tarix : 2011 Aug 06
Kod 24544

Sionist İsrail öz irqçi hərəkətindən əl çəkmək istəmir

Sionist İsrail rejimi Beytül-Müqəddəsin işğal altında olan hissələrinin yəhudiləşdirilməsi və ictimai tərkibinin yəhudilərin xeyrinə dəyişdirilməsinə səy göstərir
g/Aran xəbər agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

Sionist İsrail rejimi Beytül-Müqəddəsin işğal altında olan hissələrinin yəhudiləşdirilməsi və ictimai tərkibinin yəhudilərin xeyrinə dəyişdirilməsinə səy göstərmək

istiqamətində Fələstinin 384 önəmli şəxsiyyət və siyasi fəalının sürgün olunmasını öz gündəminə salıb.
Əldə olunan məlumalara əsasən, sionist rejimin daxili təhlükəsizlik naziri bu fələstinlilərin sürgünü ilə razılaşıb və onların sürgünün tarixi və məkanını müəyyən etmək və icra olunmasını bu rejimin təhlükəsizlik və casusluq xidmətlərinə tapşırıb.
Sionist rejimin Beytül-Müqəddəsdə yaşayan fələstinli şəxsiyyətlərin bir qrupunun sürgünü ilə razılaşması ilə yanaşı bu rejimin icra hakimiyyəti bu məntəqədə Cəbəl Əbu Qənim sionist şəhərciyində 930 mənzilli yaşayış massivlərinin inşası ilə də razılaşıb.
Bu yaşayış massivlərinin inşası lisenziyası bir neçə gün ərzində layihəni icra edənlərə verilməsi planlaşdırılıb.
Bu xəbərlər elə bir halda yayımlanır ki, sionist Haarets qəzeti bir məlumatda yazır: Beytül-Müqəddəsdə sionist rejim icra hakimiyyətinə bağlı çertyoj çəkmə və inşa komitəsi bu məntəqənin şərqində sionist şəhərciyində 1608 mənzilli yaşayış massivinin inşasına dair bir layihəni təqdim edib.
Sionist rejim nəşriyyatı habelə Beytül-Müqəddəs şəhərində Ramat Şalomo sionist şəhərciyinin genişləndirilməsi üçün bu şəhər icra hakimiyyətinin çertyoj çəkmə və inşa komitəsinin layihəsindən xəbər veriblər.
Sionist rejim tərəfindən bu layihənin təsdiqlənəcəyi halda işğal olunmuş Beytül-Müqəddəsin Ramat Şalomo sionist şəhərciyində daha çox sionistin yerləşdirilməsi üçün 2200 mənzilli yaşayış massivi inşa olunacaq.
Fələstinlilərə aid əmlakın müsadirə olunması və dağıdılması, ərəblərin Beytül-Müqəddəsin şərq hissəsindən məcburi şəkildə köçürülməsi və Beytül-Müqəddəsdə yəhudilərin yerləşdirilməsi üçün yaşayış massivlərinin inşası işğal olunmuş ərazilərdə fələstinlilərə aid məntəqələrin cəmiyyət quruluşunu dəyişmək üçün İsrail rejiminin siyasətində duran məsələlərdəndir.
Beytül-Müqəddəsin yəhudiləşdirilməsi və bu məntəqədə sionist şəhərciklərin genişləndirilməsi elə bir halda davam edir ki, bəzi beynəlxalq qətnamələrdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 478 saylı qətnaməsində Beytül-Müqəddəsin işğal olunduğu vurğulanıb. Buna görə də işğal olunmuş Beytül-Müqəddəs şəhərində hər növ müdaxilə beynəlxalq qanunların açıq-aşkar şəkildə pozulması deməkdir.
Lakin beynəlxalq ictimaiyyət hələ də fələstinlilərə aid məntəqələrdə sionist rejimin beynəlxalq qətnamələrə zidd və qeyri-qanuni hərəkətləri qarşısında ciddi addım atmayıb.
Fələstin Məclisinin sədri Səlim Zənunun qənaətincə, fələstinlilərə aid məntəqələrdə sionist rejimin qeyri-qanuni hərəkətləri qarşısında beynəlxalq dairələrin passivliyi işğal olunmuş Beytül-Müqəddəs şəhərində yəhudiləşdirmək siyasətlərini davam etdirmək üçün bu rejimi daha artıq həyasızlaşdırıb.
Səlim Zənun sionist rejim tərəfindən Beytül-Müqəddəsin cəmiyyət quruluşunun dəyişilməsinə əsaslanan siyasət qarşısında ərəb ölkələrinin mövqeyini tənqid etməklə yanaşı müsəlmanlardan istəyib ki, Fələstin xalqının amallarını dəstəkləyərək Qüds-Şərifin sionistlərin çəngindən qurtarmaq istiqamətində addım atsınlar

 

  • Yazılıb
  • da (də) 2011 Aug 06