Tarix : 2011 Aug 06
Kod 24545

Türkiyədə edam hökmünün icrası istənildi

Türkiyənin Böyük Birlik Partiyası ölkədə edam qanunun bir daha icra olunmasını istədi
g/Aran xəbər agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

 

"Dünya Bülleteni" internet saytının məlumatına görə, Türkiyənin Böyük Birlik Partiyası son günlər ölkədə terror hücumlarının genişlənməsinə və bu hücumlar zamanı çoxlu sayda hərbçinin həyatını itirməsinə işarə edərək, ölkədə edam qanunun yenidən icra olunmasını istədi.

Böyük Birlik Partiyasının rəhbərlərindən olan Həsən Uslu Türkiyənin terrorizmlə mübarizədə vahid və qətiyyətli formada çıxış etməsini istəyib.

H.Uslu həmçinin Türkiyə hökumətinin terrorizmlə mübarizədəki rəftarının zəif olmasını tənqid edərək, hökumətin terrorizmlə mübarizədə dərhal ciddi və praktiki addımlar atmasını istəyib. O, xüsusilə terrorçu PKK qruplaşmasının şəhərlərdə fəaliyyət göstərən şəhər qanadı ilə mübarizənin gücləndirilməsini zəruri adlandırıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir müddət öncə edam qanunun yenidən mübahisə mövzusu ola biləcəyini deyərək, Türkiyənin Avropa Birliyinə üzvlük mərhələsinə daxil olması səbəbi ilə bu qanunu ləğv etməyə məcbur olduğunu bildirib

  • Yazılıb
  • da (də) 2011 Aug 06