Azərbaycan Respublikası Parlamentinin bir üzvü bu məsələnin Parlamentdə öz təsdiqini tapmasını mümkün adlandırıb
g/Aran xəbər agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
Azərbaycan Respublikası prezidenti İlham Əliyevin rəsmi Bakının PKK-nı terrorçu təşkilat olaraq tanıması haqdakı sözlərinin ardınca Azərbaycan Respublikası Parlamentinin bir üzvü bu məsələnin Parlamentdəöz təsdiqini tapmasını mümkün adlandırıb.
Fəzail Ağamalı bildirib ki, PKK tərəfdarlarının Azərbaycan Respublikası Parlamentində belə bir qanunun qəbul olunmasına mane ola biləcəklərinə inanmır.
F.Ağamalının dediklərinə görə, Azərbaycan Respublikasında PKK o qədər də güclü himayəyə və tərəfdara malik deyil və yalnız pərakəndə formada bəzi şəxslər tərəfindən bu təşkilata qarşı simpatiya mövcud ola bilər. Və əgər bu rəğbət əqidədən daha üstün olmuş olarsa və bəzi qruplar PKK-nı himayə edərlərsə, o zaman bu qruplar polis və ədliyyə orqanları tərəfindən dağıdılaraq, üzvləri mühakimə olunarlar.
Digər tərəfdən Azərbaycan Respublikasında hüquq məsələləri üzrə ekspert Əlövsət Əliyev bu haqda deyib: PKK-nın Azərbaycan Respublikasında terrorçu təşkilat kimi tanınması öz-özlüyündə bu təşkilatın əlini hüquqi imkanlardan üzmüş olacaq. Və bu təşkilatın üzvlərinin Azərbaycan Respublikasına girişləri qadağan ediləcək.
Ə.Əliyevin qənaətinə görə, bu elə bir məsələ deyil ki, bir ölkə rəsmisinin və ya ölkə başçısının istəyi əsasında icra olunsun. Buna görə də bu məsələ qanun çərçivəsində öz həllini tapmalıdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya olan son səfəri zamanı PKK-nın terrorçu təşkilat kimi tanınmasına təkid etməsinə baxmayaraq, məlumatlı mənbələr PKK və Pejak kimi terrorçu təşkilatların Naxçıvanda və Azərbaycanda habelə, ermənilərin işğalı altında olan Qarabağ və digər rayonlarda fəaliyyət göstərdiklərindən xəbər verirlər