gün həqiqətləri açıq demək lazımdı, nə vaxta qədər gizlədəcəyik, nə qədər məmur-məmur deyib bu məsələni səhnənin kənarına salacağıq
g/Aran xəbər agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
Azərbaycan Respublikası İslam Partiyası Sədri Doktor Hacı Möhsün Səmədovun həbsinəsəbəb olan çıxışı yenidən siyasi dairələrin diqqətini cəlb edib. Səbəb Bakı Ağır Cinayətlər MəhkəməsindəAzərbaycan Respublikası İslam Partiyasının sədri Doktor Hacı Möhsün Səmədova qarşı inandırıcı olmayan ittihamların irəli sürülməsidir. Reallıqda Doktor Möhsün Səmədovun həbsinəolan çıxışında o bildirmişdir : " Bu gün beynəlxalq aləmdəvəölkəmizdəmühüm məsələlərdən biri hicab məsələsidir ki, müsəlmanlar başda olmaqla bütün insanlar buna görəçox narahadır. Misir Mərdanov bu məsələdəeyni inadkarlığı edib, hətta inadkarlığından da kənar öz çıxışlarında bildirib ki, məsələAzərbaycanın xaricindən həll olan bir məsələdir, yəni Azərbaycan xalqının hicabla bağlı heç bir adiyyatı yoxdur. Yəqin Misir Mərdanov cənabları ya özləri Azərbaycanda dünyaya gəlməyib, ya valideyinləri Azərbaycanda yaşamayıb, ya da Azərbaycandan kənarda yaşayıblar bu adamlar. Yəni Azərbaycana mənsub bir şəxs deyil bir mənada. Azərbaycan xalqı müsəlman bir xalq olub, Azərbaycan xalqı İslam dinini ilk gündəqəbul edən vəona əməl edən bir xalqdır. İslamın vacibatlarından biri dəhicabdır vəhəmişəbuna sadiq qalan bir xalqdır. Buna görədənəzər etsək görərik ki, şəhid Mübarizlər, şəhid Fəridlərin dətərbiyəsi o pak anaların, hicablı anaların qucaqlarında böyüyüb tərbiyətapıblar."
Doktor Möhsün Səmədov tarixi çıxışında qərbə asılı məmurları tənqid atəşınə tutub əlavə etmışdir : " Olmaya xaric deyəndə keçən əsrdə on milyonlarla günahsız insanın qanına qəltan olmasına səbəb olan və bu əsrin əvvəlində də 1.3 milyondan çox və 100 mindən çox iraqlı, əfqanıstanlı, pakistanlı, yəmənli bizim günahsız müsəlman qardaşlarımızı qanına qəltan edən və bu gün də onların ayaqqabılarını özlərinə atdıq deyərək şərəf hesab edən bəlkə Amerika və sionizmi nəzərdə tutursunuz, kimi nəzərdə tutur xaric deyəndə? Və yaxud "Vaşinqton Post", "Nyu York Tayms" kimi qəzetlərdə ölkə prezidenti İlham Əliyevin milyardlarla və onun ətrafındakı məmurların milyardlarla Azərbaycan xalqını, dövlətini qarət elədiyi xarici banklara çəkərək 100 milyonluq adalar və ya imarətləri almaqla və Azərbaycan xalqına bir mənalı olaraq dağ çəkən bu insanları bəlkə nəzərdə tutur? "
Doktor Möhsün Səmədov vurğulamışdır : " Bu gün həqiqətləri açıq demək lazımdı, nə vaxta qədər gizlədəcəyik, nə qədər məmur-məmur deyib bu məsələni səhnənin kənarına salacağıq. Bu gün Azərbaycan xalqı zəngin neft və qaz yataqlarına və digər təbii sərvətlərə malik olmasına baxmayaraq, bir Azərbaycan cavanı üçün ölkədə bir iş yeri tapılmır. 3 milyondan çox 4 milyona yaxın Azərbaycan vətəndaşı ölkədən didərgin düşüb. Azərbaycan övladı Avropada, qərb ölkələrinin müxtəlif lager və düşərgələrində və yaxud da Rusiyanın o soyuq bir mühitində qalmağa razıdır, amma öz vətəni Azərbaycana qayıtmağa razı deyil. Kimdi bu mühütü yaradan? Azərbaycanda əgər bir cavan istəsə istehsalatla məşğul olsun, biznes və digər sahələrdə bir işlə məşğul olsun, görünməyən və qanunda olmayan elə vergilər onların boynuna qoyurlar ki, cavan məcbur olur ki, o işdən əl götürüb ya cinayətə əl atsın, ya da ölkəni tərk edib çxıb getsin."
Azərbaycan Respblikası İslam Partiyasının Sədri əlavə etmışdir : "Əzizlərim, Azərbaycanda ədalətsizlik və rüşvət o həddə çatıb ki, müşahidə etsək görərik ki, hətta Kürün təmizlənməsi üçün ayrılan lazım olan pul vəsaitləri rüşvətxor məmurlar tərəfindən yeyilib. Nəticədə görürük ki, bu hadisədən sonra Kürdə böyük bir daşqınlıq baş verir və ətrafda yaşayan insanlar su altında qalır. Belə bir acınacaqlı vəziyyətdə on minlərlə insan olduğu, bir kisə una möhtac olan insanlar olduğu halda, Bakıda görürük ki, "Gül" bayramı keçirərək 10 milyonlarla, bəlkə də 50 milyon civarında və ondan da artıq xalqın beytul-malı (sərvəti) zay olur, xalq isə orada möhtac vəziyyətindədir. Televizor və radio şəbəkələrində olan əxlaqsızlıqlardan heç danışmağa dəyməz. Haqqı bəyan edərək camaata çatdıılran vaxt gəlib çatıb."
Doktor Səmədov əlavə etmişdir :" Tarixdə Yezid ibni Müaviyə Allahın evinə hücum edərək od vurub yandırır, bu gün də görürük ki, Azərbaycanda bir neçə məscidlər təxrib olunur, müsəlmanların başına tökülür və bu cür də davam edir. Hətta Azərbaycanda məscid məhkəməyə verilir və müsəlman xalqının qarşısında insanlar keçib indi məscidi məhkum etməyə başlayırlar. Təəssüflər olsun ki, Azərbaycan xalqı belə faciələrlə qarşılaşıb. O gün Kərbəlada Yezid ibni Müaviyənin ordusu İmam Hüseyni (ə.s) şəhid edəndən sonra, Peyğəmbərin (s) hərəminə hücum çəkib, Peyğəmbərin (s) qız balalarının məcərinə əl ataraq onları "Ya Məhəmməda, ya Məhəmməda" deyərək səhralara salırlar. Bu gün də biz görürük ki, həmin İmam Hüseynin (ə) məktəbinin ardıcıllarının, onların övladlarının baş örtüyünə yenə xəyanət əllər uzanıb. Həmin səhnələrdi. Getdikcə də bu məsələlər dərinləşir, daha da şiddətlənir."
Doktor Səmədov sonda vurğulamışdır : " Bu gün Allahın bir bəndəsi kimi, Perğəmbərin (s) bir ümməti kimi bizim hər birimizin vəzifəsidir ki, zülmü bilək, insanlara çatdıraq və onun müqabilində duraq. Mən öz vəzifəmi Allah-Təala qarşısında əncam vermiş bilirəm və bu vəsifəmə əncam verməkdə də fəqət Allah, sən şahidsən ki, sənin rizayətini əldə etməyə xatir bunu elədim, pərvərdigara. Və bundan başqa heç bir şey də güdmürük. Hüseyncan (ə) Kərbəlada gələ bilmədik, bu gün gəlmişik Hüseyncan sənin dinindən və sənin yolundan difa etməyə inşallah. Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuh! "