Bəhreyn Milli Vifaq Cəmiyyəti bu ölkədə acınacaqlı vəziyyət barəsində xəbərdarlıq edib
g/Aran xəbər agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
Bəhreyn Milli Vifaq Cəmiyyətinin şura sədri Cəmil Kazım əl-Aləm telekanalı ilə müsahibədə bildirib: Bəhreynli qüvvələr və ərəbistanlı işğalçıların etirazçılara qarşı günü-gündən artan cinayətlərini nəzərə aldıqda bu ölkənin vəziyyəti hər gün daha da acınacaqlaşır.
3 gün öncə işdən qovulmuş işçi və fəhlələrin aksiyasına toxunan Cəmil Kazım deyib: Ali-Xəlifə rejimi hələ də bu şəxslərin iş yerlərinə qayıtması üçün heç bir qətiyyətli qərar çıxarmayıb.
Bəhreyn Milli Demokratiya Cəmiyyətinin baş katibi Fazil Abbas da əl-Aləm telekanalına müsahibədə işgəncələrinə etiraz əlaməti olaraq həbsxanalarda aclıq aksiyası keçirmələri üçün məhbus qadınların dəvətini dəstəkləyib və beynəlxalq təşkilatlardan bütün məhbus qadınların azadlığı üçün Ali-Xəlifə rejimi rəsmilərinə təzyiq göstərmələrini istəyib.
Bəhreynin bu siyasi fəalı qeyd edib ki, Bəhreyndə xalqa qarşı bu ölkə rəsmilərinin repressiv hərəkətləri xalq etirazlarını dayandıra bilməz