Tarix : 2011 Aug 06
Kod 24550

''İslami oyanış region və dünya müsəlmanlarının izzətidir''

Tehranın cümə namazının xitabətçisi islami oyanışı region və dünya müsəlmanlarının izzəti amili hesab edib
g/Aran xəbər agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü


Tehranın bu həftəki cümə namazının xitabətçisi Ayətulla Məhəmməd İmami Kaşani Yaxın Şərq, Fars körfəzi və Şimali Afrika regionundakı islami oyanışı dəstəkləyərək deyib: Bölgə ölkələrində yeni hərəkət islam ümmətini əziz edib.
Misir diktatorunun mühakimə olunmasına toxunan Ayətullah İmami Kaşani söyləyib: Regionda islami hərəkətlər diktatorları zəlil və müsəlmanları başıuca edib.
Tehranın cümə namazının xitabətçisi habelə Quran-Kərimin əhəmiyyəti və müsəlmanların səmavi kitabının əzəmətinin bəyan olunmasında İranın İslam İnqilabının roluna toxunaraq xatırladıb: İmam Xomeyni (rə)-in rəhbərliyi altında İranda İslam İnqilabının qələbə çalması ilə Quran-Kərimin bütün cəhətləri dünyaya təqdim olundu və islam dini tam şəkildə irəli sürüldü.
İranın İslam İnqilabının region proseslərindəki təsirli roluna toxunan Ayətullah İmami Kaşani qeyd edib: İranın İslam İnqilabı İslam İnqilabının Böyük Rəhbərinin göstərişləri əsasında öz ali yolunu davam etdirir və hələ də təsirlidir.
Tehranın cümə namazının xitabətçisi İslam İnqilabının Böyük Rəhbərinin Quran-Kərim barəsindəki bəyanatlarına toxunaraq deyib: Quran-Kərimin əhəmiyyətinə diqqət yetirilməlidir. Çünki Quran-Kərim bəşərin bütün ehtiyaclarını təmin və islam ümmətini qüdrətli edir.
Tehranın müvəqqəti imam cüməsi mübarək Ramazan ayının gəlişi münasibəti ilə müsəlmanları təbrik edib və deyib: Oruc ibadət və müsəlmanların Allah-taalaya yaxınlaşması üçün qapıdır

 

  • Yazılıb
  • da (də) 2011 Aug 06