Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AİP üzvləri və islamçıların məhkəmə prosesi keçirilib
well/Aran agentliyi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AİP üzvləri və islamçıların məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun və ilahiyyatçı alim Hacı Zülfüqar Mikayılovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
İslamazeri.az internet qəzetinin xüsusi müxbirinin məhkəmədən verdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində ittiham olunanların cinayət işinin yenidən ibtidai istintaqa qaytarılması tələb olunub.
Məhkəmə sədri və hakimlər müşavirədən gələndən vəsatətlərin təmin olunmadığını açıqlayıblar.
Prokuror ittiham aktını oxuyandan sonra ittiham olunanlar özlərini heç bir maddəı ilə təqsirli bilməyiblər.
Rufulla Axundzadə ona təqdim olunan ittiham aktını gördükdən sonra deyib: "Bura baxın gülməlidir. Mən heç axt üstümdə lezva (ülgüc) gəzdirməmişəm. Bu biabırçılıqdı. Azyaşlı uşaqlarımla görüşməyə niyə icazə vermirsiniz? Bu nə deməkdir".
Qeyd edək ki, proses avqustun 11-də davam etdiriləcək.
İslamazeri