Tarix : 2011 Aug 06
Kod 24555

Azərbaycan Respublikasına səfər edən iranlıların viza problemi araşdırılır

Azərbaycan Respublikasının yaşayan iranlıların himayəsi üzrə cəmiyyətin sədri viza probleminin araşdırılması məqsədilə yaxın gələcəkdə toplantı keçiriləcəyini bildirib
well/Aran agentliyi

 

Azərbaycan Respublikasının yaşayan iranlıların himayəsi üzrə cəmiyyətin sədri viza probleminin araşdırılması məqsədilə yaxın gələcəkdə toplantı keçiriləcəyini bildirib.

Mir Qasim Mömini İSNA xəbər agentliyi ilə müsahibədə deyib : İran İslam R. hökumətinin Tehran-Bakı əlaqələrinin inkişafı və iki qonşu ölkə arasında iqtisadi-mədəni və elmi potensialların istifadəsinə önəm verdiyi üçün viza problemi tezliklə öz həlini tapmalıdır.

Mömini qeyd edib ki, İran dövləti 18 ay bundan əvvəl birtərəfli qaydada Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdi , lakin qarşı tərəf analoji addımı atmamaqla bəzi problemlərə bais olub.

Halbuki , gediş-gəlişin çox olduğuna xatir viza almaq işində mövcud olan maneələr tezliklə aradan qaldırılmalıdır.

  • Yazılıb
  • da (də) 2011 Aug 06