Tarix : 2011 Aug 07
Kod 24566

PKK - NIN TANINMASI HAQDA QANUN

Bu qanun Azərbaycanda terrorizmə qarşı mübarizə məsələsinin əlavə hüquqi təminatlarının yaradılması məqsədilə qəbul edilir
well/Aran agentliyi

 

Maddə1. PKK  terror  təşkilatıdır.

Maddə 2. Bu qanun çərçivəsində  PKK  termini   1978 – ci ildə Türkiyədə Abdullah Ocalan tərəfindən yaradılmış, bu qanun qəbul  dövrdə Partiya Karkarane Kürdistan (Kürd fəhlə partiyası)  adı ilə fəaliyyət göstərən təşkilat mənasını ifadə edir.

Maddə 3. Bu qanunda terror təşkilatı “Terrorizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunun 1- ci maddəsində olduğu mənada  başa düşülür.

Maddə 4. PKK- nın fəaliyyətində iştirak (üzvlük) və ya  maliyyyələşdirilməsində iştirak etmək,    Azərbaycan Respublikasə CM- nin 214; 214-1; 214-2  maddəlri ilə cinayət məsuliyyətinə səbəb olur.

P.S: Qanun layihəsi Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə 18.02. 2008- ci il tarixdə təqdim olunmuş və 103 N- si ilə qeydə alınmışdır. Milli Məclisin  rəhbərliyi və “Yeni Azərbaycan” partiyasını təmsil edən deputat çoxluğu Azərbaycan Respublikası Konstitusiyasının 96- cı maddəsinin, Azərbaycan Respublikası Milli Məclisinin Daxili  Nizamnaməsinin 14- cu maddəsinin, Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında 4, 9- cu maddələrinin və digər qanunvericilik norma və qaydalarını  kobud şəkildə pozaraq qanun layihəsini müzakirəyə buraxmamışdır. Yeni Müsavat

 

  • Yazılıb
  • da (də) 2011 Aug 07