Tarix : 2011 Aug 07
Kod 24569

Xəzəryanı ölkələrin növbəti iclası Qazaxıstanda keçiriləcək

Xəzəryanı ölkələrin ekologiya nazirlərinin növbəti iclası Qazaxıstanın Aktau liman şəhərində keçiriləcək. ...
well/Aran agentliyi

 

Xəzəryanı ölkələrin ekologiya nazirlərinin növbəti iclası Qazaxıstanın Aktau liman şəhərində keçiriləcək.

Fars Xəbər Agentliyinin məlumatına görə, Xəzər dənizi ekologiyasının mühafizə edilməsi üzrə konvensiyanı imzalayan Xəzəryanı ölkələrin nazirlərinin görüşü bu il avqust ayının 10-u və 11-ci günlərində Qazaxıstanda baş tutacaq.

Qazaxıstanın Aktau şəhərində keçirilməsi nəzərdə tutulan bu iclasda Xəzər dənizinin ekologiyasının qorunması barədə 2 protokol imzalanacaqdır.

Xəzər dənizinin ekologiyasının mühafizə edilməsi üzrə konvensiya 2003-cü il 4 noyabrda İran İslam Respublikasının paytaxtı Tehranda imzalandı.

İran , Rusiya , Azərbaycan Respublikası, Qazaxıstan və Türkmənistan Xəzəryanı ölkələrdir.

  • Yazılıb
  • da (də) 2011 Aug 07