Tarix : 2011 Aug 08
Kod 24576

“Dmitri Medvedyevin açıqlaması Azərbaycana qarş siyasətdir”

qərb yölnümlü Musavat Partiyasının Sədri İsa Qəmbər Dmitri Medvedyevin açıqlamasını Azərbaycan Respublikasına qarşı siyasət kimi dəyərləndirib!
g/Aran xəbər agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

Rəsmi Bakı Russia Prezidentinin şok açıqlaması müqabilində sakit qalmağa önəm versə də qərb yölnümlü Musavat Partiyasının Sədri İsa Qəmbər Dmitri Medvedyevin açıqlamasını Azərbaycan Respublikasına qarşı siyasət kimi dəyərləndirib!
Rusiya prezidenti Dmitri Medvedyev Gürcüstan hadisələrinin ildönümü ərəfəsində "Rossia Today" saytına və Qafqaz İnformasiya Kanalına müsahibəsində rəsmi Bakını şoka salan açıqlamada demişdir : "Gürcüstanı sülhə məcbur etmə" əməliyyatı Ermənistan və Azərbaycan üçün də ciddi dərs oldu. Həmin beş günlük müharibə gedəndə həm Ermənistan prezidenti Serj Sərkisyan, həm Azərbaycan prezidenti İlham Əliyev Soçiyə mənim yanıma gəldi. Bilirsiniz onlar mənə nə dedilər? Dedilər ki, bu baş verənlər çox pis oldu, bunlar Qafqaz üçün ağır hadisələrdir. Mən də "çox pis oldu" dedim.
Onlar "Ancaq siz bilirsiniz, bunlar bizim üçün də müəyyən dərs oldu. Dağlıq Qarabağın taleyinin necə olacağına dair sonsuz danışıqlar aparmaq, təqdim olunmuş sülh müqaviləsində deyildiyi kimi, orada nə vaxtsa referendumun olub-olmayacağını müzakirə etmək beş gün müharibə aparmaqdan daha yaxşıdır. Bu, bizim üçün ciddi dərs oldu".
Rəsmi Bakı və Rəsmi İrəvan hələ buna reaksiya verməyiblər.
Müsavat Partiyasının Sədri İsa Qəmbər deyib : " Medvedyevin bu açıqlamasının videosunu görməmişəm. Mən onun dedikləri ilə yalnız yazılı mətbuatdan tanış olmuşam. Mətbuatda da çox aydın görünmür ki, fikir konkret olaraq kimə məxsusdur. Bəzi versiyalarda belə hiss olunur ki, Rusiya prezidenti bu sitatı Azərbaycan və Ermənistan prezidentlərinin adından bildirir, bəzi versiyalarda isə bu fikirlər Medvedyevin öz fikirlərinin davamı kimi verilir."
İsa Qəmbərin əlavə edib : " Azərbaycan hakimiyyəti həmin dövrdə də Gürcüstan hadisələrinə prinsipial mövqe bildirməli, rəsmən etiraz etməli idi. Və sonrakı müddətdə də hadisəni Azərbaycan üçün bir dərs kimi yox, əksinə, Moskvanın yolverilməz addımlar atacağı kimi mövqe bildirməlidir. Azərbaycan bu məsələ ilə bağlı o zaman da, indi də prinsipial münasibət bildirməyə hazır olmalı idi və olmalıdır".
Politoloq Vəfa Quluzadə isə hesab edir ki, hər bir halda Medvedyevin bu açıqlaması dövlətçilik sahəsində tərbiyəsizlik, özünü bölgədə ən güclü hesab edərək heç bir hüquqi norma ilə hesablaşmamaq, kiçik dövlətlərin başçıları inlə münasibətdə özünü qeyri-etik aparmaqdır, açıq şantajdır.
Vəfa Quluzadə əlavə edib : " Mən Qarabağ siyasətini bilən adam kimi İlham Əliyevin əvəzindən deyə bilərəm ki, Azərbaycan prezidenti Medvedyevə elə söz deməyib. Rusiya prezidenti bunu özü uydurub. Bilir ki, onun bu uydurmasını təkzib etmək çox çətin olacaq. İlham Əliyev necə çıxıb desin ki, Medvedyev yalan deyir? "

 

 

  • Yazılıb
  • da (də) 2011 Aug 08