bu şirkətin ekologiya idarəsi son zamanlar bu respublikanın neft və qaz hövzələrinin ekologiyası haqda bir araşdırma aparıb
g/Aran xəbər agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
Xəzər dənizi sahillərindəneft çirklənmələri haqda ətraf mühit ekspertlərinin təkrar xəbərdarlıqları, Azərbaycan Respublikasını bu haqda bəyanat çıxarmağa vadar edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bir bəyanat yayaraq bildirib ki, bu şirkətin ekologiya idarəsi son zamanlar bu respublikanın neft və qaz hövzələrinin ekologiyası haqda bir araşdırma aparıb.
SOCAR eyni halda bu araşdırmaların nəticələrinə və Azərbaycan Respublikasının Xəzər dənizinin çirklənməsindəki roluna işarə etməyib.
Bakı rəsmilərinin Xəzər dənizinin ətraf mühit məsələsinə laqeyd yanaşması ekologiya fəallarının tənqidlərinə səbəb olub.
Azərbaycan Respublikası Yaşıllar Partiyasının sədri Mais Güləliyev son zamanlar bildirib ki, Xəzər dənizində BP neft şirkətinin qeyri-standart fəaliyyətlərindən yaranan neft çirklənmələri Meksika Körfəzindəki çirklənmədən daha çox faciəli olacaqdır.
Xəzər dənizində bəzi sahil ölkələrinin neft qazıntıları aparmaları, bu dənizin dəyərli su-canlıları üçün çoxlu problemlər törədibdir.
Ekspertlər sahil ölkələri tərəfindən neft və qaz yataqlarından bəhrələnmə və kəşfiyyat əməliyyatlarını bu dənizin dəyərli su-canlıları xüsusilə kürü balıqlarının ölümü səbəbi kimi bildirirlər.
Rəsmi statistikalara əsasən illik olaraq, 15 min ton neft yalnız Azərbaycan Respublikasının neft yataqlarından Xəzər dənizinə daxil olur.