Masallının Xıl kəndinin axundu Seyid Fəramiz Abbasovun həbsi əhalinin narazılığı ilə müşayiət olunmuşdur
g/Aran xəbər agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
Bu il yanvarın 24-dəyas mərasimindəsaxlanaraq təcridxanaya aparılan Masallının Xıl kəndinin axundu Seyid Fəramiz Abbasovun həbsi əhalinin narazılığı ilə müşayiət olunmuşdur.
Ruhaninin həbsinə motiv onun evində axtarış aparılarkən həyətdəki yardımçı tikililərin birində guya ki silah-sursat "aşkarlanması" olmuşdu.
Lakin, Xıl və ətraf kəndlərin camaatı bunun qondarma olduğunu düşünür.
Artıq əhali bununla bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətdə deyilir: "Fəramiz Abbasov həmişə vətənini sevən, onun qanunlarına hörmətlə yanaşan şəxsdir. Kəndin xeyriyyə və bir sıra digər ictimai tədbirlərinin təşkilatçısı seyid, Hacı kimi kifayət qədər nüfuz qazanan insandır. Təəssüf ki, Fəramiz Abbasov ətrafında yalan-böhtan mühiti yaradılıb və barəsində əsassız ittihamlar irəli sürülüb. Bu günahsız şəxsin qanunsuz olaraq cəzalandırılması, bütöv bir ailənin fiziki məhvi deməkdir".
Müraciətdə daha sonra deyilir: "Hörmətli Prezident! İstintaq qərəzli mövqedən çıxış edərək Fəramiz Abbasovun ayrı-ayrı şəxslərlə guya əlaqəsi olduğu nəticəsinə gəlib. Bu, ağ yalan və böhtandır. Ortada sifarişli bir oyunun getdiyinin göstəricisidir. Eyni zamanda II qrup əlil olan və şəkər xəstəliyindən əziyyət çəkən bir insana qarşı, himayəsində 11 ailə üzvü olan (onlardan 6-sı yetkinlik yaşına çatmayıb) ailə başçısına qarşı yolverilməzdir".
Sakinlər ümid edir ki, ölkə başçısı məsələyə biganə qalmayacaq və günahsız insanın işinin ədalətlə yekunlaşmasına yardımçı olacaq.
Bu müraciətlə bağlı vətəndaşların biri Seyyid Fəramizə bildirəndə o belə cavab vermişdi: "Bu sənin öz işindir. Amma bizlər xahiş edən deyilik. Günahkarlar xahiş edirlər. Əgər mənə iki seçim: "güllələnmə və xahiş" qarşıma qoysalar, mən tərəddüd etmədən güllələnməyi seçərəm."