erməni sərhədçiləri Təzəkənd kənd sakinləri olan üç azərbaycanlı gənci həbs edərək Ermənistana aparıb
g/Aran xəbər agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
Azərbaycan Respublikası xəbər mənbələrinin məlumatına görə, erməni sərhədçiləri Təzəkənd kənd sakinləri olan üç azərbaycanlı gənci həbs edərək Ermənistana aparıb, sonra onları geri qaytarıblar.Kənd sakini, Heydər Əliyev adına Tədris Universitetinin gürcü dili və ədəbiyyatı fakültəsinin II kurs tələbəsi Nəzakət Aşiqova bildirib ki, Ermənistanla 3-4 km məsafədə yerləşən kəndimizin gəncləri mənbəyini Ermənistan dağlarından alan Debed çayında çimərkən erməni sərhədçiləri tərəfindən saxlanılıblar.
Sərhədçilər 18 yaşlı Kamil Naibovu, Ramin Nəcəfovu və onun Elşən adlı dostunu saxlayaraq Ermənistan ərazisinə aparıblar. Bundan xəbər tutan gənclərin valideynləri və kənd camaatı gəncləri geri qaytarmaq üçün Sadaxlı polis məntəqəsinə müraciət etdilər. Nəticədə erməni sərhədçiləri ilə uzun danışıqlardan sonra gənclər geri qaytarılıb.