Rusiya prezidenti Dmitri Medvedyev, amerikalı rəsmilərin müharibənin baş verməsində açar rolu oynadıqlarını iddia edib
g/Aran xəbər agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
FaktXeber.com-un verdiyi məlumata görə, Medyevdyev həmçinin, ABŞ senatının Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, separatçı bölgələr Cənubi Osetiya və Abxaziyadan rusiyalı əsgərlərin çəkilməsini tələb edən qərarını da bəzi yaşlı senatorların fərdi zövqlərinin əks olunması olaraq qiymətləndirib.
Rusiya lideri müharibənin əvvəlində okeanın o tayından Tiflisə keçmiş Sovet İttifaqının dəvətindən daha çox səfər reallaşdığını qeyd edib. Medvedyev, müharibənin əvvəlində keçmiş ABŞ xarici işlər naziri Kondaliza Raysın səfərindən sonra gürcü rəhbərliyinin onlarla bütün ünsiyyətləri qopardığını söyləyib. Medvedyev, "Özü (Gürcüstan prezidenti Mixail Saakaşvili) sadəcə bizimlə danışmır. Məktub və telefon danışıqları kəsilib. Yeni bir planı olduğu aydındır. Daha sonra da bu planlar tətbiq olunacaq", - deyə bildirib. Saakaşvili ilə əl sıxışmalarının qeyri-mümkün olduğunu bildirən Medvedyev, Rusiya ordularına "dayan" əmri verərək, Tiflisə daxil olmalarına icazə vermədiyini söyləyib. Saakaşvilinin təşəkkür borcu olduğunu söyləyən Rusiya lideriə görə, o gün Rusiya ordusu Tiflisə daxil olsaydı, indi Saakaşvili rəhbərlikdə olmayacaqdı.
Nüvə silahlarında endirim, Əfqanıstan, İran və Orta Şərqdə baş verən problemlərdə əməkdaşlıq edən Moskva və Vaşinqton, Gürcüstan mövzusunda hələ bir razılaşma təmin edə bilməyib. Dekabr və mart ayında keçiriləcək seçkilərdən əvvəl 17 ildir gözlədiyi Dünya Ticarət Təşkilatı (DTT) üzvlüyünü bitirmək üçün çalışan Rusiya, Tiflisin üzvlüyün qarşısında maneə yaratmasını istəmir. Gürcüstanın tələblərini qəbul etmək yerinə, Rusiyanın DTT üzvlüyündən imtina edə biləcəyi xəbərdarlığını edən Rusiya lideri, "Gürcüstanda həmkarlarımız, DTT üzvlüyünü - siyasi problemin yeni bir versiyasını gündəmə gətirir. Buna aldanmayacağıq", - deyib.