Tarix : 2011 Aug 08
Kod 24591

Azərbaycan Ordusunun əsgəri günvurmadan dünyasını dəyişib

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri vəfat edib
well/Aran agentliyi

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri vəfat edib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.Hərbi hissənin əsgəri, 2011-ci ildə Babək Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Saməddin Mətləb oğlu Quliyev naməlum şəraitdə dünyasını dəyişib. Onun günvurmadan öldüyü bildirilir.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin ölüm faktını təsdiqləyib. O, qeyd edib ki, hazırda əsgərin ölümünün səbəbləri araşdırılır.

  • Yazılıb
  • da (də) 2011 Aug 08