Tarix : 2011 Aug 08
Kod 24592

Sionist rejimin yüksək vəzifəli diplomatı Moskvadan qovulub

Rusiya informasiya vasitələri bir il yarımdan sonra sionist rejimin yüksək vəzifəli bir diplomatını Moskvadan qovulduğunu xəbər verib
well/Aran agentliyi

 

Rusiya informasiya vasitələri bir il yarımdan sonra sionist rejimin yüksək vəzifəli bir diplomatını Moskvadan qovulduğunu xəbər verib.

Əl Aləm Telekanalı internet saytının məlumatına əsasən, İzrus saytı bu xəbəri bildirərək əlavə edib ki, sionist rejimin Moskvadakı səfirliyi təhlükəsizlik xidmətinin sədr müavini Rusiyadan kənarlaşdırılmışdır.

Həmin məlumata görə, sionist rejimin hərbi rəsmiləri məsələnin gizli olduğunu nəzərə alaraq bununla bağlı məlumatı bir il yarımdan sonra açıqlayıblar.

Rusiya rəsmiləri həmin diplomatların Rusiya qaynaqlarına etinasızlıq etdiklərini bildiriblər.

Rusiya ilə sionist rejim arasında ikitərəfli münasibətlərin bərqərar olunmasından indiyədək həmin rejimin 6 diplomatı Rusiyadan qovulub.

  • Yazılıb
  • da (də) 2011 Aug 08