Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Liviya diktatoru Müəmmar Qəzzafiyə benzin satması aşkar olub
well/Aran agentliyi
Bu xəbəri Bakının bəzi media vasitələri “Router” agentliyinin xəbərinə istinadən verib.
Xəbərdə deyilir: Liviya üsyançıları NATO qüvvələrinin dəstəyi ilə Aralıq dənizində Müəmmar Qəzzafiyə benzin daşıyan nəhəng tankeri ələ keçirib.
Yeni Musavat qəzetinin çəlumatına görə, belə ehtimal yaranıb ki, Liviya rejiminə göndərilən yanacaq Azərbaycan mənşəlidir.
“Router” agentliyinin xəbərinə görə, “Cartagena” adlı 40 min ton benzin daşıyan tanker Liviya sahillərində patrul xidməti həyata keçirən NATO gəmiləri tərəfindən aşkar edilib.
Əvvəlcə NATO patrullarının gəmidən şübhələnmədiyi bildirilir. Çünki sənədlərdə yükün Livana aparıldığı göstərilirmiş. Daha sonra iş üzə çıxıb. Məlum olub ki, yük əslində Liviyaya aparılır. Alyans rəsmiləri gəminin Malta sahillərində saxlanılması ilə bağlı xəbərləri təsdiqləyib.
Məlum olduğu kimi, bir Türkiyə limanında Liviya tankerinə yüklənən benzin bu ölkəyə aid deyil. Hazırda Azərbaycan Türkiyə üzərindən neft və neft məhsulları ixrac edir. İsveçrədə isə ARDNŞ-in törəmə şirkəti “SOCAR Trading” fəaliyyət göstərir. Digər tərəfdən GNMTC şirkətinin internet saytından məlum olur ki, bu şirkət dəfələrlə Azərbaycan neftini, habelə neft məhsullarını Türkiyə limanlarından daşıyıb. Xəbərlərə görə, son vaxtlar Azərbaycandan benzin ixracı şübhəli şəkildə artıb, bu artım Naxçıvana daşınan benzinə limit qoyulması ilə bir vaxta təsadüf edir