Tarix : 2011 Aug 08
Kod 24595

Bakı və İrəvan sussa da Tiflis dilə gəldi

Rəsmi Bakı ilə rəsmi İrəvan susmağa üstünlük versələrdə, Gürcüstan prezidentinin mətbuat katibi Rusiya prezidenti Dmitri Medvedevin son Qafqaz respublikaları barədə açıqlamasına reaksiya verib
well/Aran agentliyi

 

Rəsmi Bakı ilə rəsmi İrəvan susmağa üstünlük versələrdə, Gürcüstan prezidentinin mətbuat katibi Rusiya prezidenti Dmitri Medvedevin son Qafqaz respublikaları barədə açıqlamasına reaksiya verib.

Rusiya prezidenti Dmitri Medvedevin Soçidəki müsahibəsini şərh edən Gürcüstan prezidentinin mətbuat katibi Manana Mancqaladze deyib : "Gürcüstan Rusiya ilə dostluq münasibətlərinə hazırdır. Bu o zaman mümkündür ki, Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılsın və ona qarşı aqressiv siyasətdən əl çəkilsin".

Mancqaladze Medvedyevi 2008-ci ilin avqust ayında gürcülərə qarşı etnik təmizlənmə siyasəti, hərbi aqressiya və son nəticədə Gürcüstan ərazisinin işğalında günahkar və onun son açıqlamasını ədəbsiz münasibət və "təhlükəli siqnal" adlandırıb.

Mixail Saakaşvilinin mətbuat katibi həmçinin Rusiyanın Gürcüstan qarşı aqressiyasının digər dövlətlər üçün dərs olması barədə Medvediyevin söylədiklərini isə təhlükəli fakt adlandırıb.

Rusiya prezidenti Dmitri Medvedyev Gürcüstan hadisələrinin ildönümü ərəfəsində "Rossia Today" saytına və Qafqaz İnformasiya Kanalına müsahibəsində rəsmi Bakını şoka salan açıqlamada demişdir : "Gürcüstanı sülhə məcbur etmə" əməliyyatı Ermənistan və Azərbaycan üçün də ciddi dərs oldu. Həmin beş günlük müharibə gedəndə həm Ermənistan prezidenti Serj Sərkisyan, həm Azərbaycan prezidenti İlham Əliyev Soçiyə mənim yanıma gəldi. Bilirsiniz onlar mənə nə dedilər? Dedilər ki, bu baş verənlər çox pis oldu, bunlar Qafqaz üçün ağır hadisələrdir. Mən də "çox pis oldu" dedim. Onlar "Ancaq siz bilirsiniz, bunlar bizim üçün də müəyyən dərs oldu. Dağlıq Qarabağın taleyinin necə olacağına dair sonsuz danışıqlar aparmaq, təqdim olunmuş sülh müqaviləsində deyildiyi kimi, orada nə vaxtsa referendumun olub-olmayacağını müzakirə etmək beş gün müharibə aparmaqdan daha yaxşıdır. Bu, bizim üçün ciddi dərs oldu".

Rəsmi Bakı və Rəsmi İrəvan hələ buna reaksiya verməyiblər.

  • Yazılıb
  • da (də) 2011 Aug 08