Tarix : 2011 Aug 09
Kod 24605

AYAZ MÜTƏLLİBOVA BÖYÜK İTKİ ÜZ VERİB

Keçmiş prezident Ayaz Mütəllibovun oğlu vəfat edib
well/Aran agentliyi

  

FaktXeber.com-un verdiyi məlumata görə, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri, eks-prezident Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov vəfat edib. ASDP-nin həmsədri Araz Əlizadə bildirib ki, 49 yaşlı Azad Mütəllibov uzun sürən xərçəng xəstəliyindən sonra bu gün dünyasını dəyişib. 49 yaşlı mərhumla vida mərasimi sabah 14.30 radələrində Təzə Pir məscidində baş tutacaq. O, Yasamal qəbiristanlığında babasının yanında dəfn olunacaq.

Mərhumun atası Ayaz Mütəllibovun yas mərasiminə gəlib-gəlməyəcəyi barədə açıqlama verilməyib.

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 09