Tarix : 2011 Aug 09
Kod 24607

HİCAB AKSİYASINDA TUTULANLARIN İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

Bu il mayın 6-da bir Təhsil Nazirliyinin binası qarşında keçirilən razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan şəxslərin barələrində olan cinayət ...
well/Aran agentliyi

 

Bu il mayın 6-da bir Təhsil Nazirliyinin binası qarşında keçirilən razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan şəxslərin barələrində olan cinayət işinin ibtidai istintaqı yekunlaşıb və iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. APA-nın xəbərinə görə, iş hakim Rasim Kazımovun icraatına verilib.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 15-nə təyin olunub.

İttihama görə, mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edən, ictimai qaydanı pozan hərəkətlərə yol verən və polisin qanuni tələbinə tabe olmadan müqavimət göstərən 65 nəfər saxlanılıb. Onlardan 5-i Cinayət Məcəlləsinin 221.2-ci və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Saxlanılan şəxslərdən 38 nəfəri xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb, 22 nəfər barəsində isə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılıb.

Xəbər xidməti

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 09