Tarix : 2011 Aug 09
Kod 24620

AİP-də din alimlərinin hüquqlarını müdafiə komitəsinin toplantısı keçirilib

Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun, partiya funksionerlərinin və din alimlərinin hüquqlarını müdafiə komitəsinin toplantısı keçirilib
well/Aran agentliyi

Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun, partiya funksionerlərinin və din alimlərinin hüquqlarını müdafiə komitəsinin toplantısı keçirilib.

AİP-in mətbuat xidmətindən  verilən məlumata görə, toplantıda KİV vasitəsi ilə hüquq təşkilatlarına, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinə və ictimai xadimlərə müraciət ünvanlanıb.

Müraciətdə deyilir ki, 2011-ci il avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində AİP sədri M.Səmədov partiya funksionerləri və Azərbaycanın tanınmış din alimlərinin qərəzli və qondarma (hakimiyyəti zorla ələ keçirmək, qanunsuz silah-sursat saxlamaq, teror törətməyə hazırlıq görmək) ittihamı ilə cinayət işi üzrə məhkəmə işi davam etdirilib.

Müraciət müəllifləri prosesdə hakim Eldar İsmayılovun sədrliyi ilə heyətin məhkəmə istintaqına başlamaq haqda qərar qəbul etməsini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müvafiq qayda və maddələrinin pozulması kimi qiymətləndirib və bütün bunları nəzərə alaraq xarici ölkə səfirliklərinə və ictimai xadimlərə müraciət edib: “İttiham tərəfi obyektiv sübut və dəlillər olmadan ittihamın əsas istiqamət və detallarını açıqlamadan təqsirləndirilən şəxslər və onların vəkillərini müdafiəni hansı istiqamətdə və necə təşkil edəcəyinə imkan vermir. Digər tərəfdən həbs olunanlara, əvəllər elan olunmamış yeni qondarma ittiham - yəhudilərə qarşı silahlı hücuma hazırlıq - irəli sürülür ki, bu da Azərbaycanda milli-dini zəmində süni qarşıdurma yaratmaq məqsədi güdür. Bu, Azərbaycanın bütün dünyada həqiqi tolerant ölkə imicinə güclü zərbədir”.

Müraciətdə bildirilir ki, AİP sədri Hacı Mövsüm Səmədov və digər ittiham olunanlar siyasi və vicdan məhbuslarıdır. Ölkə və dünya ictimaiyyətinə məlumdur ki, AİP sədri, partiya funksianerləri Azərbaycanın tanınmış din alimlərinin və ruhanilərinin həbsinə səbəb məhz M.Səmədovun AİP-in bu il yanvarın 2-də baş məclisin toplantısında hicaba qarşı olan təxribat və qadağalara, insan azdlığı və hüquqlarının pozulmasına ölkədə baş alıb gedən korrupsiya və rüşvətxorluğa, yalançı islamofobyaya görə hakimiyyəti tənqid etməsi olub. Bu kimi tənqidi çıxışlar Azərbaycan Konstitusiyası ilə bütün vətandaşlara verilmiş qanuni bir hüquqdur. Dünyanın demokratik ölkələrində qəbul edilib, ümumdünya insaq haqqı və hüququ kimi tanınan hər bir vətəndaşın fikir və əqidəsini sərbəst ifadə etmək azadlığı mövcuddur.

Müdafiə Komitəsi Azərbaycan xalqına, ictimai siyasi təşkilatlara, hüquq müdafiə təşkilatlarına, KİV nümayəndələrinə Azərbaycanda akkreditə olunmuş xarici dövlət səfirliklərinə, beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edərək, xahiş edir ki, AİP sədri M.Səmədov partiya funksionerləri, din alimləri və ruhanilərə qarşı aparılan qərəzli məhkəmə prosesinin qarşısının alinması, prosesin qanun və ədaələt çərçivəsində aparılmasına, demokratık dəyərlərə hörmət olunmasına, prosesin audio-video işiqlandırılmasına fəal yardım gostərsinlər.

Müdafiə Komitəsi inanır ki, birgə səylər sayəsində həqiqət üzə çıxacaq və əsl günahkarlar layiqli cəzalarına çatacaqlar.

SalamNews

  

  • Yazılıb
  • da (də) 2011 Aug 09