Tarix : 2011 Aug 10
Kod 24625

Hacı İlqar İbrahimoğlu: ''Dövlət başçısına hicabla bağlı müraciət, inşəallah, avqustun 11-də gönd...

Xəbər verildiyi kimi, ''Yüzminlik müraciət'' kampaniyası çərçivəsində elan olunan imza sayı artıq toplanmışdır
well/Aran agentliyi

 Xəbər verildiyi kimi, "Yüzminlik müraciət" kampaniyası çərçivəsində elan olunan imza sayı artıq toplanmışdır. Lakin, müraciətə qoşulmaq istəyənlərin çoxluğunu, habelə İmzatoplama Komissiyaları tərəfindən imza toplanılması prosesinində əllərdə olan imza blanklarının toparlanmasınının məqsədəuyğunluğunun vurğulanmasını nəzərə alaraq, kampaniyanın son mərhələsini həyata keçirmək qərara alınmışdı. Mübarək Ramazan ayının başlanğıcında DEVAMM sədri Hacı İlqar İbrahimoğlu imzaların mübarək ayın birinci həftəsində göndəriməsi planları barədə məlumat vermişdi.

DEVAMM sədrinə müraciət edərək, müraciətlərin göndərilməsi ilə bağlı hazırkı vəziyyəti xəbər aldıq. Hacı İlqar cavabında bunları bildirdi: "Uca Allahın lütfü ilə, sonuncu toparlanma mərhələsi gözlədiyimizdən də artıq vüsətlə davam etmişdir. İsti yay günlərinə baxmayaraq, yüzlərlə bacı və qardaş könüllülərimiz oruclu bir durumda, ixlasla və şövqlə Rəblərinə bəndəlik etməkdə, hicab probleminin köklü həlli üçün Allah dərgahında izzət dolu xidmətlərini həyata keçirmişlər. Qarşıdan əhyaların gəlməsini, inanclı bacı-qardaşlarımızın Qədr gecəsinin keyfiyyətli keçirilməsinin üzərində təmərküzləşməsinin vacibliyini nəzərə alaraq, biz imzaların hazırkı sayı ilə kifayətlənməyi qərara aldıq. İnşəallah, avqustun 11-də edilən müraciət toplanmış imzalarla birlikdə dövlət başçısına göndəriləcəkdir. Allah Təala bu mübarək günlər xatirinə Öz xüsusi tofiqatını cəmi müşküllərin həllinə nazil etsin, inşəallah!".

deyerler.org

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 10