Tarix : 2011 Aug 10
Kod 24626

2 aprel məhbuslarının məhkəməsi qapalı keçirilir

2 aprel aksiyasında saxlanılan və barələrində cinayət işi açılan müxalifətçilərin bu günə təyin olunmuş məhkəmə prosesinə jurnalistləri və tutulanların yaxınlarını buraxmırlar
well/Aran agentliyi

 

 2 aprel aksiyasında saxlanılan və barələrində cinayət işi açılan müxalifətçilərin bu günə təyin olunmuş məhkəmə prosesinə jurnalistləri və tutulanların yaxınlarını buraxmırlar. Bu barədə musavat.com-a əməkdaşımız Leyla İlqar xəbər verib.

Onun sözlərinə görə, Nəsimi rayon məhkəməsində saat 11-də başlayan məhkəmənin baş tutacağı salona daxil ola bilməyiblər. Məlum olub ki, salonda cəmi 12 stul var. Bu sayda adam prosesi izləmək üçün içəri keçdikdən sonra yerdə qalanlara, o cümlədən jurnalistlərə məhkəməni izləmək üçün şərait yaradılmayıb.

musavat.com

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 10