Tarix : 2011 Aug 10
Kod 24629

Azərbaycan Respublikasında məhbusları müdafiə komitəsi iclas keçirib

Azərbaycan Respublikasında hicab müdafiəçilərinin məhbuslarını müdafiə komitəsi ölkədə islamçılara qarşı irəli sürülən ittihamları saxta və əsassız sayıblar
well/Aran agentliyi

Azərbaycan Respublikasında hicab müdafiəçilərinin məhbuslarını müdafiə komitəsi ölkədə islamçılara qarşı irəli sürülən ittihamları saxta və əsassız sayıblar.

Azərbaycan Respublikası İslam Partiyasının sədri və hicab müdafiəçiləri adı ilə tanınan digər məhbusların hüquqlarını müdafiə komitəsinin üzvləri təşkil etdikləri tədbirdə insan haqlarını müdafiə təşkilatları, eləcə də partiyalar, qurumlar və beynəlxalq təşkilatların nümayəndəlikləri Bakı medialarından istəyib ki, məhkəmənin islamçı məhbuslara qarşı vurduğu əsassız ittihamlarla bağlı məsuliyyətlərini yerinə yetirsinlər.

Bakıdakı yerli qaynaqların məlumatına əsasən, İslam Partiyasının həbsdə olan sədri Hacı Möhsün Səmədov və ölkədə tutulan digər fəal islamçı məhbusları müdafiə edən komitənin üzvləri məhkəmənin 4 avqustda vurduqları ittihamları o cümlədən islamçıların hökuməti devirmək cəhdi, Azərbaycan Respublikasında yəhudi mənşəli vətəndaşlara qarşı terror xarakterli əməliyyatın həyata keçirilməsinə hazırlıq işlərinin görülməsi və hərbi silahların anbar edilməsi ilə əlaqədar ittihamları əsassız sayıb.

Komitə üzvləri tərəfindən qəbul olunan bəyanatda deyilir: Sifarişli ittihamların irəli sürülməsi, əslində Azərbaycan Respublikasının azlıq təşkil edən dini-etnik qruplarla bağlı tolerant bir ölkə olmadığı mənasındadır.

Bəyanatda deyilir: Hicabı himayə məqsədilə və söz azadlığı çərçivəsində öz fikirlərini bəyan etmək ittihamı ilə həbs olunan islamçıların məhkəmə işinin ədalətli surətdə və qanuni formada keçirilməsi gözlənilir.

Son məhkəmədə hakim Hacı Möhsün Səmədovun məhkəmə iclaslarının açıq keçirilməsi və iclaslarla bağlı video çəkilişi ilə istəyinə mənfi cavab verib.

Hacı Möhsün Səmədov bu məhkəmə iclasında bu məhkəmə işini özü və İslam Partiyasının digər üzvlərinin mühakiməsini formal bir mövqe adlandırıb.

İslam Partiyasının sədri həmçinin məhkəmənin açıq keçirilməsi və onun medialarda yayılmasını istəyib ki, həqiqət hamıya aşkar olsun. Ötən ilin dekabrından Azərbaycan Respublikasının orta məktəblərdə hicablı şagirdlərin girişinə qadağa qoyulub. Bu da ölkə daxilindən əlavə, xaricdə də müsəlmanların narahatlığına səbəb olub.

Azərbaycan Respublikasında etirazların şiddətlənməsi ilə ölkə polisi yanvar ayından sonra hicab müdafiəçilərindən bir çoxu, o cümlədən İslam Partiyasının fəal üzvlərindən bir neçə nəfərini, Zülfüqar Mikayılzadə, Fəxri İlyasov və Tale Bağırovu əsassız bəhanələrlə həbs etsə də, hələ ki, islamçıların hicaba qoyulan məhdudiyyətlərə qarşı mübarizələri dayandırılmayıb.

  

  • Yazılıb
  • da (də) 2011 Aug 10