Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatlarından hərbi silahlar satın almaq niyyətindədir
well/Aran agentliyi
Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatlarından hərbi silahlar satın almaq niyyətindədir.
Turan İnformasiya Agentliyi Amerikanın hökumət rəsmilərindən birinə istinadla deyib: Amerikanın Azərbaycan ¬Respublikasına hərbi silahlar ixracatı həmişə iki tərəfin müzakirə mövzusu olsa da Ağ Ev bu günə qədər Azərbaycan Respublikasına hərbi silah ixrac etməyib.
Əslində Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikası ilə bağlı diqqət mərkəzində saxladığı məsələ hərbi təlim proqramları olmuşdur.
Ümumilikdə bu təlimlərin müdafiə xarakteri daşdığı və İraqla Əfqanıstanda azəri qüvvələrin yerləşdirilməsi ilə əlaqədar olduğu bildirilir.
Son vaxtlar Azərbaycan Respublikası hakimiyyəti, ABŞ-dan hərbi silahlar xüsusilə də anti-tank və müdafiə hava sistemləri almaq məqsədilə səylərini artırıb.
Azərbaycan Respublikasının dövlət başçısı bu məqsədlə azəri lobbisi və onların Amerikanın paytaxtında olan tərəfdarlarından istəyib ki , hərbi silahların alınması haqda İlham Əliyev hakimiyyəti ilə ciddi sürətdə əməkdaşlıq etsinlər.
Bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Amerikadakı lobbisinin sabiq üzvlərindən biri Turan İnformasiya Agentliyinə verdiyi açıqlamasında bildirib: Bir neçə il bundan əvvəl ABŞ-dan hərbi silahların satın alınması Bakı-Vaşinqton münasibətlərinin əsasını təşkil edirdi.
Lakin o zamanlar rəsmi Bakı var gücü ilə bu silahları pulsuz almağa can atırdı.
Bu səbəbdən ötən illər ərzində rəsmi Bakı Amerikanın hərbi silahlarını Rusiyanın hərbi silahlarının alternativi qərar verməyə nail ola bilmədi.
Adının naməlum qalmasını istəyən bu azəri lobbisinin bu sabiq üzvü əlavə olaraq deyib: Hal-hazırda Azərbaycan Respublikasının Vaşinqtonda olan tərəfdarları vurğulayır ki, zəngin neft sərvəti olan bir ölkənin Amerikanın əvəzsiz himayə və yardımlarına ehtiyacı yoxdur.
Çünki ABŞ-dan bu silahları satın alıb pulunu ödəyə bilər.
Bu əsnada, Amerikanın xarici əlaqələr şurasının Avropa və Avrasiya məsələləri üzrə idarəsinin rəsmilərindən biri belə hesab edir ki, Amerikanın keçmiş 3 hakimiyyəti Qafqaz məntəqəsindəki münaqişələri öldürücü silahlardan kənar və uzaqda saxlamaqda konkret və məlum bir mövqeyə malik olub. İndi isə bu siyasəti izləyirlər.
Bu məsələ elə bir halda irəli sürülür ki, 1992-ci ildə bəri Azərbaycan Respublikası hakimiyyəti NATO-ya əməkdaşlıq proqramı çərçivəsində əməkdaşlıq edir və ötən bir neçə ilə ərzində özünün hərbi büdcəsini nəzərə çarpacaq dərəcə də artırmaqla bir tərəfdən özünün Qarabağ münaqişəsi ilə bağlı müəyyən hədəfləri barədə Ermənistanı qorxutmağa səyi göstərdi.
Digər bir tərəfdən bu yolla Azərbaycan Respublikası ictimaiyyəti aldatmağa cəhd göstərir ki, regionda bu ölkəni güclü bir dövlət kimi təqdim etsin.
Halbuki, Azərbaycan Respublikasının hərbi büdcəsi keçmişdə olduğu kimi etiraf edilib.
2003-cü ildən bəri rəsmi Bakı ölkə ordusuna NATO alyansının standartlarına uyğunlaşdırmaqda dəridən-qabıqdan çıxıb.
Lakin son məlumatlar bunu deməyə əsas verir ki, Bakı rəsmiləri ölkənin həqiqi ordusunu təqdim etmək üçün danışmağa sözləri yoxdur və ordunun neçə illik büdcəsini özlərinin şəxsi işlərinə xərcləyiblər.
Müəllif :M.Əsgəri