Ədalət və inkişafla yanaşı konstruktiv anlaşma İslam Respublikasının digər ölkələrlə ayrılmaz siyasətinin bir hissəsidir
well/Aran agentliyi
Radio Aran:İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri deyib: Ədalət və inkişafla yanaşı konstruktiv anlaşma İslam Respublikasının digər ölkələrlə ayrılmaz siyasətinin bir hissəsidir.
Müxbirimizin Bakıdan verdiyi məlumata görə, İranla Azərbaycan Respublikasının mədəni və tarixi ortaqlıqlarına və bu ölkə ilə 600 km-dən çox müştərək sərhədə malik olduğuna toxunan Məhəmməd Baqir Bəhrami deyib: İran bu şimal qonşusu ilə münasibətlərin genişləndirilməsini iki ölkənin mənafeyi üçün faydalı və əhəmiyyətli sayır.
Səfir Dağlıq Qarabağ böhranına toxunaraq xatırladıb: Təəssüflər ki, regiondan kənar ölkələrin müdaxiləsi ilə 18 ildir bu böhran həll olunmamış qalıb.
İranın Bakıdakı səfiri qərb medialarının Dağlıq Qarabağ münaqişəsi barəsindəki mövqelərini ədalətsiz sayaraq deyib: İİR-nin mövqeyi həmişəki kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün dəstəklənməsidir.
Bu gün "Jurnalist Günü" münasibəti ilə İran İslam Respublikası Teleradio Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyində olan Məhəmməd Baqir Bəhrami İran və Azərbaycan Respublikası münasibətlərində media və təyinedici əməkdaşlıqlar üçün çoxlu potensialların mövcud olduğuna toxunaraq bu potensiallardan yararlanmanın zəruriliyini vurğulayıb.
İki ölkənin münasibətlərinin genişlnəməsində, hətta böhranların həllində mediaların əhəmiyyətinə toxunan səfir deyib: Medialar hazırda xalqların taleyinin təyinedici vasitəsi sayılır. Belə ki, əgər bu texnologiyadan düzgün və əla formada istifadə olunarsa, insan üçün həyat mühitini əmin-amanlı və rahat edə bilər.
İranın Azərbaycan Respublikasındakı səfiri insafa riayət və həqiqətləri əks etdirməyi mediaların önəmli və əsas işi hesab edib və deyib: Təəssüflər ki, hazırda böyük medialar və söz mərkəzləri öz mənafelərini qorumaq üçün ümumi fikri yayındıran və onlarla yalan danışan sionistlər və əhli olmayanların əlindədir.