Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində onların barəsində irəli sürülən ittihamlara baxış keçiriləcək
well/Aran agentliyi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində onların barəsində irəli sürülən ittihamlara baxış keçiriləcək.
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Hacı Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, Masallı ruhanisi Seyyid Fəramiz Abbasovun və ruhani Hacı Zülfüqar Mikayılovun cinayət işi üzrə növbəti məhkəmə iclası bu gün 11 avqustda keçiriləcək.
İslamazeri.az internet qəzetinin məlumatına görə, sonuncu məhkəmə 4 avqustda keçirilmiş, hakimlər vəkillərin və məhbusların heç bir vəsatət və istəklərini təmin etməmişdi.