Tarix : 2011 Aug 11
Kod 24656

Firuzabadi İlham Əliyevə xəbərdarlıq etdi

Mən ümidvaram ki, cənab İlham Əliyev dövlətçiliyinin əsası sütunlarına diqqət etsin
well/Aran agentliyi

Mən ümidvaram ki, cənab İlham Əliyev dövlətçiliyinin əsası sütunlarına diqqət etsin. Əks təqdirdə qara bir gələcək qarşıdadır və Aran xalqının oyanışını yatırmaq mümkün olmayacaq.

islamtimes

İran İslam Respublikasının Ordu Komandanı Firuzabadi Azərbaycan Respublikasının Prezidenti İlaham Əliyevə xəbərdarlıq göndərib.

Firuzabadi xəbərdarlıqda bildirir ki, bəzi müsəlman qonşu ölkələr öz qonşuluq prinsiplərinə riayət etməyərək sionist rejimə qucaq açıb İlahi hökmlərin tətbiqində qadağalar qoyurlar.

Ölkənin Ali Milli Təhlükəsizlik Şurasının üzvü həmçinin vurğulayıb “mən bununla bağlı bir dəfə də xəbərdarlıq etmişdim ki, Aran xalqının damarlarında İran qanı axmaqdadır. Onların qəlbində İslam dininə və Qurana məhəbbət var və Əli (ə) ahəngi ilə döyünür.

O həmçinin qeyd etmişdir: “ Mən ümidvaram ki, cənab İlham Əliyev dövlətçiliyinin əsası sütunlarına diqqət etsin

” “mən bununla bağlı bir dəfə də xəbərdarlıq etmişdim ki, Aran xalqının damarlarında İran qanı axmaqdadır. Onların qəlbində İslam dininə və Qurana məhəbbət var və Əli (ə) ahəngi ilə döyünür. “

. Əks təqdirdə qara bir gələcək qarşıdadır və Aran xalqının oyanışını yatırmaq mümkün olmayacaq.

Qeyd edək ki, bu günlərdə Azərbaycan hakimiyyəti Azərbaycan İslam Partiyasının funksionerlərinə qarşı ittihamla bağlı məhkəmə prosesləri aparır. Bu şəxslər dövlət çevrilişi, dövlətin təhlükəsizliyinə qarşı bir sıra cinayətlərdə və qanunsuz silah gəzdirmə maddələri ilə suçlandırılırlar.

Xatırladaq ki, Azərbaycan dövlətinin ötən ildən orta təhsil müəssisələrində qız şagirdlərin baş örtüyü geyinmələrinə yasaq qoyması dindarların qəti etirazına səbəb oldu və bu halı “hicab qadağası” adlandırdılar.

Buna görə də Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov dövlətin bu addımına etiraz etməklə ölkə başçısının əleyhinə çıxış edərək ölkə müsəlmanlarının dövlətin bu addımının qarşısında sakit dayanmayacaqları xəbərdarlığını etdi.

Artıq 8 aydır ki, Səmədov həbs olunaraq saxlanılır. Azərbaycan Daxili İşlər Nazirliyi onu iğtişaş yaratma, insanları cihada, ictimai asayişı pozmağa təşviq etməkdə günühlandırır. Hal -hazırda hamı məhkəmənin onlara qarşı çıxaracağı qərarı gözləyir.

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 11