Tarix : 2011 Aug 11
Kod 24661

Böyük Rəhbərin proqnozu doğrudur

Avropanın son hadisələri İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xameneinin ''İslami oyanış dalğaları Avropanı da bürüyəcək'' deyə verdiyi proqnozun reallaşdığını göstərir
well/Aran agentliyi

Avropanın son hadisələri İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xameneinin "İslami oyanış dalğaları Avropanı da bürüyəcək" deyə verdiyi proqnozun reallaşdığını göstərir.

Həzrət Ayətullah əl-Üzma Xamenei ötən may ayında region ölkələri barəsindəki çıxışlarından birində proqnoz etmişdi ki, bu oyanış dalğaları Avropanı da bürüyəcəkdir.

İslam İnqilabının Böyük Rəhbəri 4 may günü minlərlə müəllim və məktəbli ilə görüşdə buyurmuşdur ki, bu gün şahid olduğumuz islami oyanış dalğaları Afrikanın şimalı və Asiyanın qərbindəki ölkələrinə məhdudlaşmayacaq , bu oyanış dalğaları Avropanı da bürüyəcək.

Hərçənd Böyük Rəhbərin həmin proqnozunu o zaman bəzi müşahidələr qəbul etmədilər, amma Avropanın son hadisələri Böyük Rəhbərin proqnozlarının doğruluğuna möhkəm sübutdur.

Qeyd edək ki, hazırda İspaniyadan başlamış etirazlar Yunanıstanda da özünü göstərib və son günlərdə İngiltərədə kulminasiya nöqtəsinə çatıb.

Fars İnformasiya Agentliyi həmin məsələ ilə bağlı verdiyi reportajının sonunda İslam İnqilabını banisi İmam Xomeyni (r.ə)-in Qorbaçova xitabən məktubunda kommunist sisteminin devriləcəyini proqnoz etməsini və həmin proqnozun da az müddət ərzində özünü doğrultmasını xüsusi qeyd etmişdir

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 11