Tarix : 2011 Aug 12
Kod 24678

Misir Mərdanovun “sağ qolu” həbs olundu

Məktəb tikintisində “korrupsiya əməliyyatının” hədəfində Təhsil Nazirliyinin rəhbərliyidir
g/Aran agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

Təhsil Nazirilyi ətrafinda həbslər davam edir. Artıq nazirliyin yüksək vəzifəli şəxlsərinin həbs edilməsi barədə də informasiyalar var. Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, artıq Misir Mərdanovun yaxın çevrəsi hədəfdədir. Artıq nazirə sıx bağlılığı olan və “Qardaşlıq”, “Xumar 98”, “Min LTD”, “İnşa” MMC kimi strukturlara sahib olan Mövsüm İsmayılov həbs edilib.

Məlumata görə, artıq bir neçə ildir ki, Mövsüm İsmayılov qudası Nizami Allahverdiyevlə birlikdə heç bir tender qaydası gözlənilmədən tenderlərin qalibi elan edilir və məktəb tikintisi ilə məşğul olur. “Mövsüm İsmayılov yeganə şəxsdir ki, Misir Mərdanovun dəstəyi səbəbindən Bakının əksər rayonlarında, o cümlədən Bərdə, Beyləqan, Xaçmaz, Kürdəmir, Mingəçevir, Qazax, Göygöl, Xınalıq və Ağcəbədidə tikinti işləri ilə məşğul olub. Amma indi aydın olur ki, təmir-tikinti adı altında dövlətə məxsus milyonlarla manat pul oğurlanıb”, -deyə məlumatda bildirilir.

Tək bunu demək kifayətdir ki, milyonlarla manat pul ayrılaraq Binədə tikilən 149 saylı məktəb artıq uçur. Amma bunların hər biri yuxarı dairələrdə ki, dayaqları hesabına indiyə qədər gizlədilib. Çox qəribədir ki, tikilən məktəblərdən hansı uçur və ya yararsız hala düşürsə, Mövsüm İsmayılov həmin məktəblərin özü tərəfindən yox, Heydər Əliyev Fondu tərəfindən tikildiyini bildirib. Ona yaxın şəxslərin sözlərinə görə, dəfələrlə Mövsüm İsmayılova xəbərdarlıq edilsə də, o, deyilənlərə önəm verməyib və açıq şəkildə bildirib ki, bu işləri Misir Mərdanovun razılığı ilə edib.

Bu günlərdə aydın olub ki, Nərimanov rayonu ərazisində bir məktəbin təmiri üçün 5 milyon manata qədər pul ayrılsa da, Mövsüm İsmayılov məktəbin təmirinə 2 milyon manatdan da az pul ayırıb. Bildirilir ki, bütün bunlar artıq yuxarı dairələrin diqqət mərkəzindədir və buna görə də artıq konkret addımlar atılır.

Əldə etdiyimiz məlumata görə, Mövsüm İsmayılovun ciddi korrupsiya faktları Ağcəbədi rayonunda daha çox olub. Hətta onun rayon mərkəzində inşa etdirdiyi “Aqrarservis”in binası artıq uçmaq üzrədir. Amma bu binanın tikintisinə milyonlarla manat həcmində dövlətdən pul ayrılıb və pullar Mövsüm İsmayılov başda olmaqla, bir neçə dövlət məmurunun vasitəsi ilə mənimsənilib.

 

  • Yazılıb
  • da (də) 2011 Aug 12