Tarix : 2011 Aug 12
Kod 24680

AİP sədrinin vəziyyəti məhkəmədə pisləşib

AİP sədri Doktor Mövsüm Səmədovun məhkəmədə vəziyyəti pisləşib
g/Aran agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun və partiya üzvü Zülfüqar Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

AİP sədri Doktor Mövsüm Səmədovun məhkəmədə vəziyyəti pisləşib.

Doktor Mövsüm Səmədov ifadə verərək, ittiham aktı üzrə özünü təqsirli bilməyib. Hakimin suallarını cavablandıran zaman Mövsüm Səmədovun vəziyyəti pisləşib. Buna görə, prosesə fasilə verilib. Məhkəməyə təcili tibbi yardım çağırılıb. Hakim bildirib ki, M. Səmədovun vəziyyəti yaxşılaşandan sonra proses davam etdiriləcək

 

  • Yazılıb
  • da (də) 2011 Aug 12