Tarix : 2011 Aug 12
Kod 24681

Elçin Namazov: ''R. Bayramovun cibinə narkotik qoyulub

Bu cümlələri yazarkən məni Milli Təhlükəsizlik Nazirliyinə çağırdılar. Allah köməyimiz olsun!''
گ/Aran agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü


Ramin Bayramovun vəkili Elçin Namazov müvəkkili ilə bağlı olayları rəsmi olaraq danışdı: "Bu gün islam-azeri.az intermet Qəzetinin Baş redaktoru Ramin Bayramov həbs olunub. Onu günorta saatlarında MTN-nin 2-ci bölməsinin əməkdaşları "oğurlayaraq" MTN-nin binasına aparıblar. Orada cibinə narkotik qoyulub. Oruc olan Hacı Ramin birinci dəfə narkotiki cibindən çıxarıb atmağa müvəffəq olub. Ancaq təkrar olaraq həmin narkotiki cibinə zorla qoyaraq, sənədləşdiriblər. Daha sonra onun Xırdalan şəhərində yerləşən mənzilinə baxış keçirildi. Mən baxışın sonuna çatdım. Raminin evinə bir ədəd tapança 2 ədəd f-1 qumbara qoyub sonra çıxardıblar. Protokol saxtalaşdırıldı. Bizim etirazlarımız qeyd olunmadı. Bu cümlələri yazarkən məni Milli Təhlükəsizlik Nazirliyinə çağırdılar. Allah köməyimiz olsun!"

  • Yazılıb
  • da (də) 2011 Aug 12