Tarix : 2011 Aug 12
Kod 24684

“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi bəyanat verib

MMDİB inancı şəxslərin həbsini pisləyən bəyənat yayıb
well/Aran agentliyi

 

MMDİB inancı şəxslərin həbsini pisləyən bəyənat yayıb.

Bəyanatda deyilir: “2011-ci il avqustun 11-də ölkənin tanınmış ruhanisi Hacı Abgül Süleymanov, İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov və Azərbaycan İslam Partiyasının təşkilati məsələlər üzrə sədr müavini Arif Qəniyev həbs edilib. Güc strukturları Hacı Abgül Süleymanov narkotik istifadəçisi kimi, Ramin Bayramov və AİP funksiyaneri Arif Qəniyevi qanunsuz silah-sursat saxlamaq və narkotik maddə daşımaq ittihamı ilə həbs ediblər. “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi cəmiyyətdə namuslu, əxlaqlı, dürüst, şərəfli və ləyaqətli insanlar kimi tanınmış vətən övladlarının bu cür ittihamla həbs olunmasını kəskin şəkildə qınayır, baş verən özbaşnalığa və insan hüquqlarının kobud surətdə pozulmasına qəti etirazını bildirir, ölkənin müvafiq rəhbər strukturlarına səslənərək, bu məmur və polis özbaşnalığına, islamçılara qarşı təzyiqlərə son qoymağa çağırır.

 

  • Yazılıb
  • da (də) 2011 Aug 12