''Günahsız insanların təhdid olunması, həbsə alınması insan haqlarına və azadlıqlarına ziddir''
well/Aran agentliyi
AİP-in mətbuat xidmətindən İslamazeri.az internet qəzetinə verilən məlumata görə, Azərbaycan İslam Partiyası (AİP) partiyaya qarşı təzyiq və həbslərə son qoyulmasını tələb edən bəyanat yayıb.
Bəyanatda deyilir:
"Məlum olduğu kimi AİP sədri, funksionerləri və bir neçə din alimi hüquq mühafizə orqanları tərəfindən cari ilin yanvar ayında ağır ittihamlarla həbs olunublar. Bununla yanaşı partiyaya qarşı təzyiqlər davam edir. Belə ki, 11.08.2011-cil il tarixdə günorta saatlarında AİP təşkilat şöbəsinin rəhbəri Arif Qəniyev saxlanılmış və şübhəli şəxs qismində həbs olunmuşdur.
AİP bir daha bəyan edir ki, günahsız insanların təhdid olunması, həbsə alınması insan haqlarına və azadlıqlarına ziddir. Siyasi əqidəsinə görə, vətəndaşların təzyiq altında saxlanılması demokratik prinsiplərə zidd plduğu üçün ölkəmizin beynəlxalq imicinə zərər vurur.
Ümid edirik ki, haqq-ədalət öz yerini tapacaq və həbs olunanlar tezliklə azad ediləcəklər."