Tarix : 2011 Aug 12
Kod 24686

Abgül Süleymanov ''narkotik istifadəsi''nə görə həbs edilib

Xəbər verdiyimiz kimi dünən axşam saatlarından Azərbaycanın tanınmış ruhanisi Hacı Abgül Süleymanov güc strukturları tərəfindən həbs olunub
well/Aran agentliyi

 

Xəbər verdiyimiz kimi dünən axşam saatlarından Azərbaycanın tanınmış ruhanisi Hacı Abgül Süleymanov güc strukturları tərəfindən həbs olunub.

Hal-hazırda ölkənin tanınmış ruhanisi Hacı Abgül Süleymanov, İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov və Azərbaycan İslam Partiyasının təşkilatı məsələlər üzrə sədr müavini Arif Qəniyev Milli Təhlükəsizlik Nazirliyində saxlanılırlar.

Hacı Abgül Süleymanovun vəkili Anar Qasımov, müvəkkilinin cinayət məcəlləsinə əsasən 234.1. (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə saxlanıldığını bildirib.

  • Yazılıb
  • da (də) 2011 Aug 12