Dindarlara qarşı apardığınız represiyalar sizlərin Allahla düşmənçiliyinizdən xəbər verir
well/Aran agentliyi
Mehriban və bağışlayan Allahın adı ilə.
Azərbaycan tarixinin səhifələrində hər biri insan cəmiyyətinin təkamülü yolunda özünəməxsus və layiqli böyük insanların adı həkk olunmuşdur. Tarixin bu böyük və alicənab şəxsiyyətləri bəşər həyatının bütün sahələrində-istər siyasi, istər mədəni, istərsə də ictimai sahələrində çox gözəl və müsbət təsirlər qoymuşlar. Bu diyar həm öz qədim tarixində, həm də islam dini Azərbaycana gəldikdən sonra müxtəlif həyəcanlı hadisələrin çarpazlaşdığı məntəqədə yerləşdiyindən çox mühüm əhəmiyyətə malik olmuşdur. Bu hadisələr burulğanında Azərbaycanın qeyrətli övladları bu diyarın qəddar düşmənləri ilə apardığı mübarizələr tariximizin səhifələrinə qeyd olunmuşdur.
Haqqında söz açacağımız bu dahi insanlar öz yorulmaz səy və fəaliyyətləri ilə bu ölkə xalqını zalımların və istismarçıların boyunduruğundan xilas etmək və ilahi ədaləti müsəlman ölkəsi olan Azərbaycanda bərpa etmək niyyəti ilə öz canını və malını bu yolda əsirgəməmişdir.
Belə dahi insanlardan olan Hacı Abgül Süleymanovda Azərbaycanda gedən islamofobiyaya qarşı mübarizəyə qalxmış və bu yolda heç nəyini əsirgəməmişdir.
Azana qoyulan yasaqlarda, məscid söküntüsündə, hicab qadağasında və ümumiyyətlə Azərbaycanda gedən islamafobiyaya qarşı öz münasibətini bildirən “Ölüm daha yaxşıdır ar miniyinə minməkdən” deyərək mübarizəyə qalxmışdı.
“Azərbaycan da küfr var özüdə gizlin küfr” deyən mübariz və mücahid qardaşımız sifarişlə zalım və şərəfsizcəsinə həbs olundu. Bu xəbər bizləri sevindirmədi. Amma sarsıtmadıda. Çünki bizlər “Hüseynçilərin zindanı və şəhadəti qələbədir” şüarına inanırıq.
Azərbaycan dövlətinin mənəvi cəhətdən zəif olan və yaxud da heç mənaviyyatı olmayan dövlət məmurları, ruhaniləri və sıravi vətəndaşları isə ölkədə gedən bu prosesləri nədənsə görməməzlikdən gəldilər.
Azərbaycanda din haqqında düzgün təsəvvürün olmaması və sovetlər dönəminin miras qoyduğu yalnış dini baxışlar çox təəssüflər olsun ki, bu gün də qalmaqdadır.
Qoy bu komunist fikirli düşmənlər bilsinlər, Azərbaycanda İslamı, Quranı, Hicabı müdafiə etdikləri üçün Seyyid Fəramiz Abbasov, Hacı Mövsüm Səmədov, Hacı Tale Bağırov, Azər Cəbiyev, Fəxri İlyasov , Ramin Bayramov və digər dindar qardaşlarımız ki, şərlənərək zindanlara salınıblar bizlər onlarla fəxr edirik və daim onların yanındayıq.
Öz güclərini göstərərək bizləri qorxutmasınlar- Çünki bizlər hər şeyə qadir olan Allaha (c.c) inananlarıq.
Bizləri zindanlarla qorxutmasınlar- Çünki bizlər İmam Museyi Kazim (ə)-ın balalarıyıq.
Bizləri ölümlə hədələməsinlər- Çünki bizlər İmam Hüseyn (ə) aşiqləriyik.
Üzümüzü tutub İslam düşmənlərinə səslənirik, dindarlara qarşı apardığınız represiyalar sizlərin Allahla düşmənşiliyinizdən xəbər verir. Bu düşmənçiliyinizdən əl çəkib bütün tutulan ruhani və dindarların tez bir zamanda azad olunmasını və Azərbaycanda gedən islamofobiyaya son qoymağı tələb edirik. Əks təqdirdə damarımızda axan qanlar sizləri geri otuzduracaq.
Araz Quliyev.
xeber44.com