Tarix : 2011 Aug 12
Kod 24689

Qüdsdə yeni yəhudi yaşayış massivləri tikiləcək

Sionist rejimin daxili işlər naziri işğal olunmuş Qüdsdə 1600 yeni mənzilin tikiləcəyindən xəbər verib
well/Aran agentliyi

 

 

Sionist rejimin daxili işlər naziri işğal olunmuş Qüdsdə 1600 yeni mənzilin tikiləcəyindən xəbər verib.

Frans Pressin məlumatına əsasən, İsrailin daxili işlər naziri İli Yeşay şərqi Qüdsün Rəmat Şelumu qəsəbəsində 1600 mənzilin inşasına razılıq verildiyini deyib.

Yeşay həmçinin bildirib ki , gələcək günlərdə şərqi Qüds məhəllələrində 2 min 700 mənzilin tikilməsinə də icazə veriləcək.

Sionist rejim sentyabr ayı BMT baş assambeleyasında müstəqil Fələstin dövlətinin elan olunmasını qabaqlamaq üçün Fələstin torpaqlarının yəhudiləşdirilməsi işini sürətləndirib.

İsrailin Fələstin torpaqlarında yəhudi qəsəbələri tikməsi beynəlxalq birlik tərəfindən qınanır.

  • Yazılıb
  • da (də) 2011 Aug 12