well/Aran agentliyi
“Ondan (Həbib Həccardan) sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik. (Onların cəzası) Ancaq dəhşətli (tükürpədici) bir səs (fəryad) oldu. Dərhal məhv olub (şam kimi sönüb) getdilər.” (Yasin surəsi 28-29)
Onsuz da çox acınacaqlı vəziyyətdə olan məmləkətimizdə İslam və İslamçılara qarşı dövlət səviyyəsində islamofobiya və repressiyalar davam edir. Bu gün ruhani qardışımız Hacı Abgül Süleymanov, İslam-azəri saytının baş redaktoru Hacı Ramin Bayramovun və digər inanclıların həbsləri mübarək Ramazan ayında həm Allah-Taalanın, həm də oruc tutub, ibadətlə məşğul olan inanaclı xalqımızın qəzəbini dövlət rəsmlərinə yönəltmişdir. Bu günlər ölkəmizdə islamçılara qarşı əqidələrinə sayğı səbəbindən həm İslam qanunları, həm də beynəlxalq hüquqa əsasən dövlət güc strukturları tərəfindən cinayətlər baş verməkdədir!
Hicab və Hicab Məhbuslarını Müdafiə Komitəsi ölkəmizdə, Quran və Əhli-Beyt (a) alimlərinə və aşiqlərinə qarşı cinayətlərin dərhal dayandırılmasını, müharibə vəziyyətində olan xalıqmızın taleyi ilə rüsvayçı oyuna son qoyulmasını tələb edir.
Hicab və Hicab Məhbuslarını Müdafiə Komitəsi islamçılara qarşı dövlət rəsmiləri tərəfindən olan bu haqsızlıq, cinayət və işgəncələrin iki acı aqibəti haqqında ölkə ruhaniləri, alimləri, ziyalıları və müsəlmanlarına xatırlama verir:
Onlardan biri Allah-Taalanın bu mübarək Ramazan ayında bütün bu cinayətləri görüb susan, etiraz səsini və fəryadını qaldırmayanları hədələyən ilahi bəladır. Allah-Taala Yasin surəsinin 28-29-cu ayələrində buyurulur ki, Həbib ibn Nəccar adlı adi bir möminin zülmlə şəhadətə yetirmələrinə görə bütöv məmləkətə elə bir bəla gəlir ki, oradan kimsə sağ çıxmır. (yuxarıdakı ayəyə diqqət olunsun)
İkinci xəbərdarlıq isə zülm və haqsızlıqdan cana doymuş müsəlman xalqın qəzəbidir. Bütün bu haqsızlıqlar artıq müsəlman xalqımızın qəzəb kasasını daşdırır və nəticə bu ola bilər ki, xalqın müqəddəs hərəkatı qarşısında dayananlar onların ayaqları altında qalıb məhv olsun!
Müdafiə Komitəsinin mətbuat xidməti
Hicab.org