Tarix : 2011 Aug 12
Kod 24691

HaqqYolu etiraz edir

Rəhman və Rəhim Allahın adı ilə. HaqqYolu Elm və Mədəniyyət İnstitutu son günlər Azərbaycan Respublikasında, Bakı və regionlarda yenidən start götürmüş həbs dalğalarına etiraz edir
well/Aran agentliyi

 

 

Rəhman və Rəhim Allahın adı ilə. HaqqYolu Elm və Mədəniyyət İnstitutu son günlər Azərbaycan Respublikasında, Bakı və regionlarda yenidən start götürmüş həbs dalğalarına etiraz edir. İnstitutun İdarə Heyətinin bu gün (12 avqust, 2011) saat 10:00-da toplanan fövqəladə iclasında son hadisələr müzakirə edilib. Dünyada dövlətlərarası problemlər dialoqlarla həll edildiyi bir dönəmdə Dövlət-Vətəndaş münasibətlərində zorakılıq, şantaj, şərləmə heç bir məntiqə sığmayan, qeyri-sivil üsullardır. Artıq sayı 40 nəfərə çatan hicab məhbuslarına ötən gün Abgül Süleymanov və Ramin Bayramov da əlavə edilib. Güc strukturları Azərbaycan üçün ənənəvi yolla gedərək şərləmə üsuluna əl atıblar. Dünya ictimaiyyəti, hətta Qadir və Qəhhar Allah qarşısında heç bir məsuliyyət hiss etməyən güc strukturlarının meşə qanunlarından usanmayacağı göz qabağdadaır. Haqq Yolu Elm və Mədəniyyət İnstitunun İdarə Heyəti mövzunu ətraflı və diqqətlə müzakirə etdikdən sonra ilk dəfə belə bir qərara gəlib ki, mövcud rejimlə burbaşa dialoqlar tam faydasızdır və Azərbaycan Respublikasında dindarlara qarşı repressiya beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılmalı, dünyanın qlobal problemləri sırasında yer almalıdır. Bu istiqamətdə tədbirlər planı hazırlanıb.

HaqqYolu.com

  • Yazılıb
  • da (də) 2011 Aug 12