Tarix : 2011 Aug 12
Kod 24692

Hacı Elçin həbsləri pislədi

Onları saxta ittihamlarla tutublar
well/Aran agentliyi

 

Azərbaycanın tanınmış ruhanisi Hacı Abgül Süleymanov, İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov və Azərbaycan İslam Partiyasının təşkilati məsələlər üzrə sədr müavini Arif Qəniyev həbs olunub. Hacı Abgülün üzərindən daha öncədən qoyulmuş narkotik maddə çıxarılıb. Ramin Bayramovun da cibindən daha öncədən qoyulmuş narkotik maddə götürülüb. Daha sonra onun evində axtarış zamanı daha öncədən qoyulmuş tapança və 2 əl qumbarası götürülüb. Həmçinin Arif Qəniyevin daha öncədən cibinə və avtomobilinə qoyulmuş narkotik maddə və tapanca götürülüb.

Bu hadisə ilə bağlı İslamazeri.az internet qəzeti Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı Elçin Manafovdan münasibət öyrənib.

Elçin Manafov deyib: "Biz ümüd edirik ki, ruhani və inanclılara atılan böhtanlar tezliklə təkzib olunacaq. Çünki bunlar həqiqəti əks etdirmir. Onları saxta ittihamlarla tutublar. Az sonra məlum olarki onların heç bir silahı yox imiş. Biz bu həbsləri pisləyirik."

  • Yazılıb
  • da (də) 2011 Aug 12