Tarix : 2011 Aug 12
Kod 24693

''Azərbaycan Birllik Təşkilatı” ruhanilərin həbsləri ilə bağlı bəyanat verib

''Azərbaycan Birllik Təşkilatı” (ABT) son həbslərlə bağlı bəyanat verib
well/Aran agentliyi

 

Bəyanatda bildirirlir ki, dünən İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov, ruhani Hacı Abgül Süleymanov və İslam Partiyasının sədr muavini Kərbəlayi Arif güc strukturları tərəfindən saxlanılıb. Lakin hadisə ilə əlaqəli ətraflı məlumat verilməyib. İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov saat 15:30 radələrində 4 mülkü geyimli tərəfindən Milli Təhlükəsizlik Nazirliyinə aparılıb.

“Azərbaycan Birllik Təşkilatı” İctimai Qurumu ruhanilərin qanunsuz həbs olunmalarına qarşı etiraz edir və xüsusilə də Ramazan ayında bunların baş verməsini hakimiyyətin güc strukturları tərəfindən Azərbaycan müsəlmanlarına qarşı edilən kəskin hörmətsizlik kimi qəbul edir.”

Salamnews

  • Yazılıb
  • da (də) 2011 Aug 12